Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sürücünün ürəyi getdi, avtobus... - Video

Çində iki fədakar sərnişin sürücüsünün huşu getmiş avtobusu vaxtında saxlamağa nail olub.

Oxu.Az xəbər verir ki, bu haqda Global Times məlumat yayıb.

Çjezyan əyalətinin Vençjou şəhərində baş vermiş insident avtobusun salonuna quraşdırılmış kameranın obyektivinə düşüb.

Görüntüdə sükan arxasında olan sürücünün anidən özündən getdiyini və rulun sağa doğru dönməyə başladığını görmək olur.

Bir neçə saniyə sonra onun yanına iki kişi özünü yetirir. Onlardan biri sükanı nəzarətə götürərək, avtobusu saxlayır, digəri isə sürücüyə yardım göstərməyə çalışır.

Sərnişinlərin çevik reaksiyası və sayıqlığı sayəsində 30 sərnişindən heç bir xəsarət almayıb.

Son xəbərlər
Bütün xəbərlər »