Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniyaya köçdüyü deyilən icra başçısından sərt açıqlama
Bir müddət əvvəl Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunan Xaləddin İsgəndərovun alinəsi ilə birlikdə Almaniyaya köçməsi ilə bağlı məlumat yayılıb. Onun ölkəni birdəfəlik tərk etdiyi bildirilirdi.

Yayılan xəbərlə bağlı Bizim Yol sabiq icra başısı ilə əlaqə saxlayıb. O saytımıza açıqlamasında sərt danışıb.

“Mən nəyə görə öz ölkəmi tərk etməliyəm? Azərbaycan dünyada ən gözəl ölkələrdən birdir. Mən bu gözəl ölkəmi nəyə görə tərk etməliyəm...Hazırda vətənimdəyəm, Azərbaycandayam dincəlirəm. İşinizlə məşğul olun.”

“Jurnalsitlər mənim haqda nəsə yazırlar, belə xəbərlər yalandır. Mən Azərbaycanı çox sevirəm burda da yaşayacam. Hələki heç bir işlə məşğul deyiləm. İstirahət edirəm.”

Əli CAHANGİROĞLU

Son xəbərlər
Bütün xəbərlər »