Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qadın yük maşınının altında qaldı
Gəncədə avtomobil piyadanı vurub öldürüb.

APA xəbər verir ki, hadisə şəhərin Dədə Qorqud küçəsində qeydə alınıb.

“Ford” markalı yük avtomobili arxaya hərəkət edən zaman Göygöl rayon Mollacəlilli kənd sakini, 1961-ci il təvəllüdlü Nüşabə Hüseynovanı vurub.

Ağır bədən xəsarətləri alan qadın xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər
Bütün xəbərlər »