Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekoloji təhlükəsizliyin təmini hər bir müəssisənin prioritet məsələsi olmalıdır
Sənayenin bütün sahələrinin, energetikanın, nəqliyyatın sürətli inkişafı, əhalinin sayının artması, insanın bütün fəaliyyət sahələrinin urbanizasiyası və kimyalaşdırılması biosferin, onun ayrı-ayrı komponentlərinin pozulmasına və çirklənməsinə səbəb olur.

Bir sıra sənaye mərkəzlərində, mineral xammalın hasilatı və emalı, sənaye obyektlərinin inşaası və istismarı rayonlarında yaranmış ekoloji vəziyyət çox vaxt böhrana yaxındır.

Qlobal ekoloji qəzanın dərk edilməsi bəşəriyyəti böhran vəziyyətdən çıxış yollarının axtarılmasını məcbur edir. Sivilizasiyanın ekoloji cəhətdən balanslaşdırılmış inkişafa keçməsinin zəruriliyi, insan sivilizasiyasına qarşı yönəlmiş təhlükələrlə bilavasitə əlaqədardır, bəşəriyyəti böhran vəziyyətdən çıxış yollarını axtarmağa məcbur edir. İnsanı əhatə edən təbii mühitin qlobal monitorinqi ideyası 1972-ci ildə Stokholm konfransında irəli sürülmüş və BMT-nin Rio-deJaneyro (1992) Konfransının materiallarında öz əksini tapmışdır. Ekoloji monitorinqin əsas məsələsi insan fəaliyyətinin təsiri nəticəsində təbii mühitin dəyişikliklərinin öyrənilməsi, təbii mühitdə baş vermiş dəyişikliklərin həm keyfiyyət, həm də kəmiyyət xarakteristikalarının alınmasıdır.

“Monitorinq” termini latın sözü “monitor” sözündən əmələ gəlib, müşahidə edən, xəbərdaredici (paruslu gəmidə irəliyə baxan matros belə adlandırılırdı) deməkdir.

Belə bir sistemin işlənməsi üzrə ilk təkliflər ətraf mühitin problemləri üzrə Elmi komitə tərəfindən irəli sürülmüşdür (SKOPE). Hal-hazırda “ekoloji monitorinq” termini dedikdə ətraf təbii mühitin vəziyyətinin müşahidə, nəzarət, qiymətləndirilmə sistemi, proqnozu və idarəedici məsələlərin həllinin hazırlığı və qəbulunun informasiya təminatı başa düşülür.

Bu gün bütün dünyada fəaliyyət göstərən nüfuzlu şirkətlərin fəaliyyət proqramında  ekologiya və ətraf mühitin mühafizəsi birinci dərəcəli məsələ kimi qoyulur. Bu mənada Azərbaycanın ən böyük  şirkəti olan  Azərbaycan Dövlət Neft Şirkətinin də traf mühitin mühafizəsi ilə bağlı öhdəlikləri var.Şirkətdən verilən məlumatda bildirilir ki, ARDNŞ-nin Ekologiya İdarəsinin ətraf mühitin monitorinqi sahəsində əsas fəaliyyəti şirkətin tabeliyində olan idarə və müəssisələrdə təbii və antropogen təsirlər nəticəsində ətraf mühitə yayılan zərərli qaz, maye və bərk halındakı tullantılara kəmiyyət və keyfiyyət cəhətdən nəzarətin elmi əsaslarla həyata keçirilməsi olub, hava, su, torpaq mühitlərinin vəziyyətlərinin qiymətləndirilməsi və proqnozlaşdırılması məqsədi ilə onların kimyəvi tərkibini, çirklənmə dərəcəsini, radioaktiv, hidrobioloji xüsusiyyətlərini, fiziki xassələrini müəyyən edən müntəzəm müşahidə və tədqiqatlar sisteminin həyata keçirilməsindən ibarətdir.

Aparılan ekoloji monitorinq işləri dənizdə və quruda ətraf mühitin mühafizəsini əhatə edən beynəlxalq konvensiyaların (Oslo-Paris konvensiyası, Tehran Çərçivə konvensiyası), Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, "Ətraf Mühitin Mühafizəsi haqqında" Qanunun 18-ci maddəsinin, Nazirlər Kabinetinin "Ətraf mühitin və təbii ehtiyyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında Əsasnamə"nin və ARDNŞ-nin müəssisə və təşkilatlarında ətraf mühitin qorunması, ekoloji təhlükəsizlik, təbii ehtiyatlardan səmərəli istifadə sahəsində praktiki fəaliyyətin istiqamətlərini müəyyən edən ARDNŞ-nin "Ekoloji Siyasət" sənədinin müddəalarının tələbləri ilə tənzimlənir.

ARDNŞ-nin Ekologiya İdarəsi tərəfindən həyata keçirilən ekoloji monitorinqlərin tədqiqat obyekti Xəzər dənizinin Azərbaycan sektorunda ARDNŞ-ə məxsus neft-qaz yataqlarında və quru ərazilərində fəaliyyət göstərən neft-qazçıxarma idarələri və neft-qaz, neft-kimya emal müəssisələri, Hasilatın Pay Bölgüsü Sazişi üzrə Əməliyyat Şirkətləri və Birgə müəssisələrin saziş ərazilərinin istehsalat sahələrini əhatə edir.

Ekoloji monitorinqin aparılmasında məqsəd ARDNŞ-nin tabeliyində olan idarə və müəssisələrdə hər hansı istismar-əməliyyat işlərinin başlanmasına qədər ətraf mühitin təbii durumunun aşkarlanmasına yönəldilən ilkin vəziyyətin tədqiq edilməsindən, kəşfiyyat, qazma, neft-qaz hasilatı, emal və s. əməliyyatların və onlarla əlaqədar ətraf mühitə atılan tullantıların doğurduğu təsirlərin ciddilik səviyyəsini qiymətləndirmək məqsədilə tədqiqatların aparılmasından, istehsal prosesləri zamanı əmələ gələn bərk, maye və qaz halında olan çirkləndiricilərin kəmiyyətinə və keyfiyyətinə nəzarət edilməsindən, hava, su və torpaq mühitlərinin müəyyən edilməsi və ərazidə ekoloji tarazlığın bərpa edilməsi məqsədilə onların kimyəvi tərkibinin, çirklənmə dərəcəsinin, radioaktiv, hidrobioloji xüsusiyyətlərin tədqiq edilməsindən, beynəlxalq standartların tələbləri səviyyəsində qurulmuş kompleks tədqiqatlar laboratoriyasında götürülmüş nümunələrin analitik təhlillərinin aparılmasından və müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılması üçün təkliflərin verilməsindən ibarətdir.

Azərbaycan logistika mərkəzi hesab olunan və gələcəkdə çox böyük layihələrə ev sahibliyi etməsi nəzərdə tutulan "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin də fəaliyyət planında “yaşıl biznes”, yaşıl iqtisadiyyat məfhumu prioritet təşkil edir.

Şirkətin fəaliyyət planında bildirilir ki, “bizim əsas məqsədimiz mövcud yerli və beynəlxalq qaydalara əsasən, əməliyyatlar zamanı icma üzvləri, insanların sağlamlıq və əmlakı, avadanlığı, yükü və ətraf mühitə zərər vurmadan təhlükəsiz iş mühiti yaratmaqdan ibarətdir”.

Bu siyasət insanların təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, fəaliyyətimizin müvəffəqiyyətlə inkişafı, genişlənməsi, həmçinin əməkdaşlıq edən tərəflərin maraqları əsasında yaradılmışdır.

QSC-nin texniki təhülkəsizlik üzrə mühəndisi Cəmil Əliyarlı bildirib ki, “fəaliyyətimiz zamanı ətraf mühitin mühafizəsini təmin etmək bizim əsas vəzifələrimizdən biridir və məqsədimiz əməkdaşlarımıza, eləcədə liman istifadəçilərinə təhlükəsiz istehsalat mühiti təmin etməkdir.Bu cür yanaşma bizim prosedurlar, qaydalar və proqramlarla tənzimlənir.

Cəmiyyətin əsas məqsədləri effektiv əməyin təhlükəsizliyi mədəniyyətini yaradıb, istənilən növ xəsarətlərdən azad və ətraf mühitə zərərsiz iş mühiti yaradaraq Avrasiya regionunun logistika qovşağına və aparıcı limanlarından birinə çevrilməkdir».

İnsanın, cəmiyyətin və dövlətin təhlükəsizliyinin tərkib hissəsi olaraq ekoloji təhlükəsizlik sahəsində dövlət siyasətinin əsas istiqamətləri aşağıdakılardır: ölkənin inkişaf strategiyasın formalaşdırılmasında və həyata keçirilməsində ekoloji təhlükəsizliyin üstün qaydada təmin edilməsi; ekoloji təhlükəsizliyin ümumdünya, regional və yerli səviyyədə təmin etmək məqsədilə beynəlxalq əməkdaşlığının inkişafı; biosferin və onun bütün komponentlərinin qorunub saxlanılmasının insanların həyatı və fəaliyyəti üçün ekoloji cəhətdən təhlükəsiz şəraitin təminat sisteminin yaradılması; ölkənin ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində dövlət və yerli özünüidarəetmə orqanlarının uzlaşdırılan fəaliyyətinin təmin edilməsi; təhlükəli və fövqəladə ekoloji vəziyyətin qarşısının alınması, onun, gələcək nəsillərə təsir göstərə biləcək nəticələr də daxil olmaqla, aradan qaldırılması üzrə tədbirlərin hazırlanması və ardıcıl həyata keçirilməsi; ətraf mühitə təsir edən təsərrüfat və digər fəaliyyətin ekoloji təhlükəsizliyinin təmin edilməsi mövqeyindən nizama salınması.

Ekoloji təhlükəsizlik sahəsində hüquq normalarının pozulması nəticəsində insanların həyat və sağlamlığına zərər vurulması və ya təhlükə törədilməsi insan hüquqlarının pozulması sayılır. Ekoloji təhlükəsizliyin tələblərinə riayət edilməsi təbii ehtiyatlara mülkiyyət, sahiblik və onlardan istifadə hüquqlarının həyata keçirilməsinin məcburi şərtidir.

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamenti Departament, Azərbaycan Respublikasının  ərazisində və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycanın və xarici dövlətlərin hüquqi və fiziki şəxsləri, o cümlədən vətəndaşlar tərəfindən ətraf mühit və təbii sərvətlərdən istifadə, həmçinin hidrometeoroloji və geoloji fəaliyyət zamanı mövcud qanunvericiliyin icrasına Dövlət tərəfındən operativ nəzarəti həyata keçirən üstün səlahiyyətli orqandır.Departament, ətraf mühit və təbii sərvətlərdən istifadə, həmçinin hidrometeoroloji və geoloji fəaliyyət sahəsində mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün yerli və xarici hüquqi və fiziki şəxslər tərəfindən qanunvericiliyin icrasına nəzarət etməklə, ətraf mühit və təbii sərvətlərin mühafizəsini və qorunmasını təmin edir və bu sahədə Nazirlik qarşısında məsuliyyət daşıyır. Departament ətraf   mühit   və   təbii   sərvətlərdən   istifadəyə   nəzarət   işində   AzərbaycanRespublikasının  qanunvericiliyinə  əsasən  digər  Dövlət  orqanları  ilə qarşılıqlı fəaliyyət göstərir və onların fəaliyyətini əlaqələndirir, onların qaldırdığı məsələlərə dair müvafiq tədbirləri həyata keçirir.

Torpaq üzərində hər şey insan üçündür. İnsanın  yaratdığı fəaliyyət sahələri isə ilk növbədə onun rifahı ilə yanaşı təhlükəsizliyinə xidmət etməlidir. Bu gün bütün dünya ekoloji təhlükəsizlik, ekoloji monitorinq , ətraf mühitin mühafizəsi anlayışlarına böyük diqqət yetirsə də, bu eyni zamanda siyasi güclər  tərəfindən  bir təzyiq aləti kimi də istifadə olunur. Ekoloji terror insanın yarada biləcəyi ən böyük fəlakətdir desək yanılmarıq. Hər birimiz  təbiətin kişik bir parçasıyıq. Böyük əməllərə dünyanı dəyişməyə gücümüz yetmirsə özümüz dəyişməli, əlimizdən gələn ən  kişik töhfəni təbiətdən əsirgəməməliyik. Necə deyərlər, dama dama göl olar.

İlhamə Loğman

Son xəbərlər
Bütün xəbərlər »