Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ulu öndərin torpaq sevgisi -“Mən fəxr edirəm ki, azərbaycanlıyam”
Heydər Əliyev:‘’Ekologiya indi bəşəriyyət ücün ən əsas məsələlərdən biridir. İnsanlar hələ bunun əhəmiyyətini demək olar ki, tam başa düşə bilməyiblər. Hərə öz işini görmək ücün məqsədinə nail olmaq ücün istər - istəməz təbiətə, ətraf mühitə böyük ziyan vurur. Biz cox böyük səlahiyyətlərə malik olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaratmışıq. Bundan da məqsədimiz bütün bu sahəyə aid olan məsələlərin hamısını bir əldə toplamaq və bu işlərlə daha ciddi məşğul olmaqdan ibarətdir.’’

İnsanları “təbiətin övladı” kimı dəyərləndirən Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə daima təbiətə qayğı ilə yanaşır, onun sərvətlərini göz bəbəyi kimi qorumağı tövsiyə edirdi.

Ulu öndər yaxşı bilirdi ki, Azərbaycanın sabit inkişafı ekoloji problemlərin həllindən çox asılıdır. Hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycanda yeni ictimai şüurun intişar tapmasına nail olan Heydər Əliyevrespublikada yeni ekoloji düşüncənin formalaşmasına zəmin yaratmışdır. Təbiətə, ekologiyaya yeni baxış, münasibət meydana çıxmışdır.

O, Azərbaycanın ekoloji problemlərının həllini, təbiət abidələrinin qorunmasını daim diqqət mərkəzində saxlayıb, ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə məsələlərinə xüsusi qayğı ilə yanaşıb.

1969-cu ildə ulu öndərin hakimiyyətə gəlməsi ilə Azərbaycan təbiətinin müdafiəsi işinə başlanılmış, onun bərpası və zənginləşdirilməsi tədbirləri həyata keçirilmişdi. Hələ ötən əsrin 70-ci illərinin əvvəllərindən etibarən Azərbaycanda, sözün əsl mənasında, tətbiqi ekologiya fəaliyyətə başladı. 1969-1982-ci illərdə ekologiya, təbiəti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadəyə dair 8 qanun, 32 qərar qəbul olundu.

Şirvan, Pirqulu, eləcə də Talış dağlarının yuxarı zonalarında, İsmayıllı meşələrində, Laçın, Qubadlı rayonları ərazisində yaradılmış dövlət qoruqları, Tərtərçay, Ağstafa dəryaçaları, Araz su qovşağı, Kür su kəməri, Arpaçay su anbarı... Xəzər dənizinin problemlərinin öyrənilməsi istiqamətindəki tədbirlər, bu prolemlərin aradan qaldırılması yollarının axtarılması, aradan qaldırılması istiqamətində görülən işlər, dənizin çirklənməsinin qarşısının alınması yönündə atılan addımlar bir-birindən vacib idi.

Bakının yaşıllaşdırılması, şəhərdə və ətrafda yaşıllıqlar salınması böyük bir layihənin həyata keçirilməsi ilə əlaqədar idi. Ümummilli lider bu sahədə hamını Bakının yaşıllaşdırma tədbirlərində aktiv iştirak etməyə, fəal olmağa çağırırdı.

Təbiətə yönəlik hər hansı qəsd ulu öndəri çox hiddətləndirərdi.

“Mən 1993-cü ildə Bakıya gələrkən, bizim əkdiyimiz, becərdiyimiz bəzi ağacların kəsilməsini görərkən, elə bildim ki, məni yaralayıblar. Mən dəfələrlə demişəm, bir də deyirəm, kim hansı bir sağlam ağacı kəsirsə, hesab edin ki, o, mənim qolumu, barmaqlarımı kəsir.... İnsan qurmalıdır, yaratmalıdır... hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir. Əgər kimsə sağlam ağacı kəsirsə, o, nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o, öz ailəsinə, özü-özünə xəyanət edir. Ona görə də siz hər bir ağacı qorumalısınız, hər bir ağacın qorunması uğrunda mübarizə aparmalısınız...”- deyə o bildirmişdi.

Heydər Əliyevin Azərbaycan təbiətinə vurğunluğu və qayğısı onun azərbaycançılıq ideyasının tərkib hissəsi idi.

Heydər Əliyev ölkəmizin analoqu olmayan flora və faunası ilə daim fəxr və iftixar hissi keçirirdi, onun torpağının, havasının, landşaftının qorunub saxlanmasını, zənginləşdirilməsini tələb edirdi. Ona görə də yurdumuzun torpaq, bitki, su, hava, meşə, bulaq, bitki örtüyü tərkibini daha dərindən öyrənməyə istiqamət verirdi. Elə Məhz Heydər Əliyevin hakimiyyəti illərində Sirab badamlı kimi mineral sularımızın sorğaı dünyaya yayıldı, Abşeronun Qızıl qumuna müalicə üçün Sovet ölkələrindən axın axın insanlar gəldi, Naftalan yağının şöhrəti yayıldı, Dəvəçi suyunun möcüzəsi insanları başına yığdı. Bu əzəmətli insan Azərbaycan torpağının hər qarşının cana dərman olduğunu bilir, bunu bütün dünyay sərgiləməkdən qüruru duyurdu.

Ulu öndər Heydər Əliyevin fəaliyyətində ekoloji vəziyyətin daha da yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə edilməsi məsələləri həmişə xüsusi diqqət mərkəzində olmuşdur. Təsadüfi deyil ki, məhz ümummilli liderimizin 1969-1982 və 1993-2003-cü illərdə respublikamıza rəhbərlik etdiyi dövrlərdə ekologiya və ətraf mühitin mühafizəsi sahəsində mühüm qanunlar və qərarlar qəbul edilmiş, bu sahədə çox böyük dəyişikliklər həyata keçirilmişdir

Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə respublikada həyata keçirilən qlobal təbiəti mühafizə tədbirlərinin təşəbbüskarı və təşkilatçısı olmuşdur. Həmin illərdə ulu öndərimiz Heydər Əliyev Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşıladırılması və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi sahəsində məqsədyönlü siyasət yürüdürdü. İri su hövzələrinin yaradılması, torpaqların şoranlaşmadan təmizlənməsi üçün drenaj sistemlərinin tikilməsi, geniş meşə zolaqlarının salınması, ölkəmizin flora və faunasının qorunub saxlanılması və inkişaf etdirilməsi məqsədilə respublikada Şirvan (1969), Ağ göl (1978), İsmayıllı (1981), Bəsitçay (1974) və s. dövlət qoruqları və yasaqlıqlarının yaradılması, Abşeron zonasında və Gəncədə iri yaşıllıq massivlərinin salınması, şəhər və rayonlarımızda nəhəng sutəmizləyici qurğuların, böyük dəryaçaların inşa edilməsi məhz Heydər Əliyevin zəhmətinin bəhrəsi idi.

Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması və təbii ehtiyatlardan istifadə olunması istiqamətində məqsədyönlü siyasətini 1993-cü ildə yenidən hakimiyyətə gələn respublika Prezidenti davam etdirdi. 1997-ci il mayın 11-də Bakı şəhərinin Nizami rayonunda yeni salınmış parkın açılışında bu barədə danışan Heydər Əliyev demişdi:

“1970-ci ildə mən ilk dəfə Bakıda yaşıllıq işləri aparılması təklifini irəli sürdüm, böyük bir proqram hazırladıq və Bakını sürətlə, ilbəil yaşıllaşdırmağa başladıq... Doğrudur, mən Azərbaycandan gedəndən sonra və xüsusən 1987-1988-ci illərdə çox nadan adamların respublikamıza rəhbərlik etdikləri dövrdə, bundan sonra Azərbaycanda, o cümlədən Bakıda hərc-mərclik, özbaşınalıq hökm sürdüyü zamanda cinayətkar adamların, dəstələrin böyük vəzifələr tutduğu, hakimiyyətə gəldiyi dövrdə Azərbaycan, Bakı üçün əziz olan bu sahə nəinki unuduldu, hətta, bizim böyük əziyyətlərlə əkdiyimiz, becərdiyimiz, boya-başa gətirdiyimiz ağacları kəsməyə başladılar”. Hər bir ağaca, bitkiyə verilən qiymət meşəsalma tədbirlərinin genişləndirilməsi üçün böyük təkan olmuş, ulu öndər Heydər Əliyevin bilavasitə göstərişinə əsasən və qayğısı nəticəsində respublikada meşə bərpa tədbirləri intensiv surətdə həyata keçirilmişdi. Belə ki, 1969-1982-ci illər ərzində dövlət meşə fondu torpaqlarında 51 min hektar sahədə yeni meşəliklər salınmışdı.

1989-1997-ci illərdə respublikada 45 min hektar sahədə meşə bərpa işləri aparılmışdır ki, bunun da 18 min hektarı əkin və səpin üsulu ilə yerinə yetirilmişdir. Bundan əlavə, 1969-1982-ci illərdə respublikada eroziyaya məruz qalmış və kənd təsərrüfatının istifadəsindən çıxmış yararsız torpaqlarda və Xəzərsahili qumluqlarda 68,1 min hektar sahədə qoruyucu meşə salınmışdır. 1990-1997-ci illərdə isə ərazidə 4800 hektar sahədə bu cür işlər görülmüşdü. 1971-1975-ci illərdə Azərbaycanda 30 min hektar yeni suvarılan torpaqların istismara verilməsi, Kür-Araz düzənliyində 280 min hektar sahədə torpaqların yuyulması, 200 min hektar sahədə suvarma şəbəkələrinin yenidən qurulması və su təchizatının yaxşılaşdırılması, 150 min hektar sahədə hamarlama işlərinin aparılması, 400 min hektar sahədə otaqlara su çıxarılması qarşıya bir vəzifə kimi qoyulmuşdu».

Azərbaycanda salınan yaşıllıq zonaları Heydər Əliyev zəkasının, onun yorulmaz fəaliyyətinin , bu böyük insanın varlığına hopmuş vətən sevgisinin təzahürüdür.

Təbiəti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadəyə dair qəbul edilmiş qanun və qərarlar müstəqillik bərpa edildikdən sonra yenidən işlənərək təkmilləşdirilmiş, ölkəmiz beynəlxalq konvensiyalara qoşulmuşdur. Respublikamızda aparılan genişmiqyaslı tədbirlər ekologiyaya birbaşa və ya dolayısı ilə aid olub, ətraf mühitin dayanıqlılığına, eyni zamanda əhalinin maddi-rifah halının yaxşılaşdırılmasına və sağlamlığının qorunmasına yönəldilmişdir.Ulu öndərin müdrik siyasətini uğurla davam etdirən Prezidentimiz cənab İlham Əliyev təbiətə dövlət qayğısını daim diqqət mərkəzində saxlayır. Təbiətin mühafizəsi ilə əlaqədar yeni şəraitə uyğun milli proqramlar hazırlanır. Əlbəttə, Prezident İlham Əliyevin imzası ilə həyata keçirilən bu proqramlar təbiətimizin daha da zənginləşməsindən, təbii sərvətlərimizin etibarlı və effektli mühafizəsindən xəbər verir.

Deyirlər bir insan dünyadan getdikdən sonra yaşadığı müddətədə etdiyi xeyri əməllərdən insanlar faydalanırsa o insan savab qazanır, həyatdan getmiş olsa belə dirilər qədər insanlıq üçün əmək vermiş hesab olunur.Bu gün o yoxdur, lakin əməlləri yaşayır. Onun siyasətini İlham Əliyev. Mehriban Əliyeva davam etdirir. Daha yaşıl bir Azərbaycan uğrunda Heydər Əliyev Fondu tərəfindən müxtəlif aksiyalar həyata keçirilir. Həyatdaykən vətəninə olduğu qədər dinə, Allaha da sevgi bəsləyən böyük lider yaxşı bilirdi ki, əkdiyi hər bir ağac bəhrə verdiyi sürəcə rəhmət qazanacaq. Bakı şəhərinə dağlardan çəkib gətirdiyi içməli suya görə əsrlər boyu azərbaycanlılar ona minnətdar olacaqlar. Azərbaycanda hansı sahəyə baxsan orda mütləq Heydər Əliyevin izi və əməyi vardır. Yeni azərbaycanın qurucusu və yaradıcısı olan Heydər Əliyevin adı yəqin ki,elə bu vətən bu torpaqlar qədər əbədi olacaq. Bu gün onun adını əbədiləşdirmək üçün mayın 10-da liderimizin yubileyində torpağa minlərlə ting sançıldı, milyonlarla çiçək əkildi. Bu gün Heydər Əliyevin adı gələcək nəsillərə töhfə verməkdədir. Onun adı adı yaşadıqca torpaqlarımız da gülüstan olacaq.

İlhamə Loğman

Son xəbərlər
Bütün xəbərlər »