Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əri, adaxlısı və iki məşuqu ilə bir evdə yaşayır... - "Anladım ki, çoxlu adam sevmək..."

İngiltərəli Meri Krampton poliqamik (çoxnikahlılıq) həyat tərzi yaşayır və əri də bunun tərəfdarıdır.

Moderator.az Life.ru nəşrinə istinadən xəbər verir ki, bundan başqa onun adaxlısı və iki məşuqu da onlarla bir evdə yaşayır.

Meri Krampton ata və anası ilə normal bir ailədə yetişib. 20 yaşında o ərə gedir və əri ilə birlikdə Çarltona köçür. O vaxt Meri inanırdı ki, ömrünün qalan hissəsini əri ilə birlikdə yaşayacaq, amma bir dəfə ağlına gəldi ki, paralel olaraq başqalarına da maraqlı hisslər bəsləyir.

“Ərim mənim yeganə tərəfdaşım idi və bu mənim üçün normal hesab olunurdu. Sonralar mən başqa adamlara da meyl hiss etdim. Mən özümü günahlandırır və fikirləşirdim ki, ərimə olan məhəbbətim keçib”.

Başqa kişilər haqqında düşüncələr Meriyə rahatlıq vermirdi və sonunda nikahı pozulur. Yalnız bundan sonra o rahat nəfəs aldı və yeni tanışları ilə tamamilə yeni bir həyata başladı.

Meri onunla poliqamik əlaqələri bölüşən bir adamla rastlaşır. Həmin şəxsə də qəribə gəlirdi ki, bu nə deməkdi, ona görə də o qərara alır ki, onu bir dostu ilə də tanış etsin.

“Mənim bu işdə təcrübəsi olan bir dostum var və mən ona təklif etdim ki, bizə qoşulsun. Mən tez alışdım və anladım ki, çoxlu adam sevmək-dünyada ən təbii şeydir. İndi mən təsəvvür edə bilmirəm ki, əvvəllər bunsuz necə yaşamışam”.

İki tərəfdaşla əlaqə Krimptonun o qədər xoşuna gəlir ki, 43 yaşlı Timə ərə getməyə və 53 yaşlı bir adaxlı tapmağa da müvəffəq olur. Amma, bu da hələ hamısı deyildi.

“53 yaşlı Conla biz nikaha girməyə hazırlaşırıq. Bu işi rəsmən edə bilmərik, çünki qanun qadağan edir. Amma, biz özümüz mayda Çarlton kilsəsində toy mərasimi keçirəcəyik”.

İki kişi ona az gəlir, ona görə də Meri qərara alır ki, özünə daha iki məşuq da tapsın: 63 yaşlı Maykl, və 73 yaşlı Ceyms. Onların hamısı bir-birinin mövcudluğundan xəbərdardır, ərlə adaxlı isə, ümumiyyətlə bir evdə yaşayırlar. Onlar hamısı birlikdə bayramları qarşılayır və gəzintilərə çıxırlar.

“Onların hər biri mənim tələbatımı ödəyirlər və mənə onlarla çox maraqlıdır. Ərimlə ekologiyanı, adaxlımla elmi fantastikanı müzakirə etməyi xoşlayırıq. Mayklla dartsa (mişenə kiçik oxlar atmaq) baxmağı sevirəm və onu dəstəkləyirəm. Mən xoşbəxt adamam”.

Kim, fikirləşir ki, poliqamlıq hamı ilə sekslə məşğul olmaq deməkdir, dərindən yanılır. Merinin sözlərinə görə çoxlu seks həyatda ən vacib olan deyil. Xanım hesab edir ki, insan yaxınlarının ona bəxş etdiyi bilik və xoşbəxtlikdən ləzzət almalıdır...

Son xəbərlər
Bütün xəbərlər »