Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İspaniyanın Baş naziri Pedro Sançes ilə telefon danışığı aparıb.
APA-nın verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Danışıq zamanı Türkiyə ilə İspaniya münasibətləri, regional və qlobal problemlər, İsrailin Qəzzaya hücumları müzakirə edilib.
Ərdoğan Fələstinə qarşı törədilənlərin qısa zamanda dayandırılmalı olduğunu vurğulayıb.
Bundan əlavə, o, İspaniyanın Fələstini dövlət olaraq tanıması qərarını təqdir etdiyini, bu addımın həm bölgədə sülhün və ədalətin bərqərar olmasını, həm də iki dövlətli həll səylərini gücləndirəcəyinə inandığını bildirib.