Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Sustainable Construction Summit” (Dayanıqlı Tikinti Zirvəsi) tədbiri uğurla yekunlaşdı
“Sustainable Construction Summit” (Dayanıqlı Tikinti Zirvəsi) tədbiri uğurla yekunlaşdı

"Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası” (AISA) və “PMD Projects” MMC tərəfindən 15 may 2024-cü il tarixində “Fairmont Baku”- da “Towards COP29” (COP29’a doğru) şüarı altında “Sustainable Construction Summit” (Dayanıqlı Tikinti Zirvəsinin) zirvəsi keçirilmişdir.

Zirvənin rəsmi media tərəfdaşı Bizimyol.info xəbər verir ki “COP29-a doğru” şüarı adı altında keçirilən tədbirdə AISA idarə heyətinin sədri Orxan Xəlilzadə və PMD Projects MMC-nin direktoru Nəriman Topçibaşev nitqlərində ölkəmizin siyasətinə uyğun olaraq ekoloji cəhətdən təmiz materialların, dayanıqlı dizaynların və gələcəyi düşünən layihələrin çox olduğu bir gələcək arzusuna nail olunmasını arzuladıqlarını qeyd etmişdir.

“Gələcəyin inşa et”, “Ağıllı inşa et” adlı panellərdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi, Qarabağ Dirçəliş Fondu, Ağdam, Füzuli və Xocavənd rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti kimi dövlət qurumları və Neqsol Holding, PMD Projects, Hünər Group, Farchitects, Aslı Mimarlık kimi özəl şirkətlərin təmsilçiləri gələcək üçün nəzərdə tutulan inşaat metodları, mövcud problemlər və onlar üçün həll yolları, müasir və innovativ tikinti və memarlıq üsulları, tikinti təhlükəsizliyi, ağıllı tikinti sistemləri və şəhərsalma mədəniyyət nümunələri kimi mövzuları müzakirə etmişdir.

Nəzərinizə çatdırırıq ki, müzakirələrdə ümumilikdə 300 nəfərdən artıq özəl şirkət və dövlət müəssisəsi əməkdaşlarının iştirak etdiyi zirvə BMT-nin Qlobal Saziş Təşəbbüsünün Əsas tərəfdaşlığı, "Norm" ASC, "Farchitects" şirkətlərinin platinum, IST Services və ALPİN şirkətlərinin qızıl, UNICONS və  "Freyssinet" şirkətlərinin gümüş sponsorluğu, KRAN GROUP, PlanRadar, AzDƏMTTETİ,  STORM-ENGINEERING, STV Engineering, Fil Agency, Qmeter, Facemark, NS Studio, Bizimyol.info, Boomerang Agency və Liv Bona Dea Hospital-ın tərəfdaşlığı ilə təşkil edilmişdir.

Son xəbərlər
Bütün xəbərlər »