Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Senatı ölkədə "TikTok"u qadağan edən qanun layihəsini qəbul edib
ABŞ Senatı ölkədə "TikTok"u qadağan edən qanun layihəsini qəbul edib

ABŞ Senatı "TikTok"un Amerikada qadağan edilməsinə səbəb ola biləcək mübahisəli qanun layihəsini təsdiqləyib.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, "TikTok"un Çin sahibi olan "ByteDance"ə səhmlərini satmaq üçün doqquz ay vaxt verilir, əks halda proqram ABŞ-da bloklanacaq.

Qanun layihəsi indi ABŞ prezidenti Co Baydenə veriləcək və o, onun masasına çatan kimi bu qanunu imzalayacağını bildirib. "ByteDance" "BBC"yə bu hərəkətə dərhal reaksiya vermədiyini söyləyib. Şirkət daha əvvəl "TikTok"u satmağa məcbur edəcək istənilən cəhdə qarşı çıxacağını bildirmişdi.

ABŞ "ByteDance"i "TikTok"u satmağa məcbur etməkdə müvəffəq olsa, hər hansı bir razılaşma hələ də Çin rəsmilərinin təsdiqinə ehtiyac duyacaq, lakin Pekin belə bir hərəkətə qarşı çıxacağını vəd edib.

Təhlilçilər prosesin illər çəkə biləcəyini deyirlər. Tədbir Ukrayna, İsrail, Tayvana və Hind-Sakit okean regionunda ABŞ-ın digər tərəfdaşlarına hərbi yardımı da əhatə edən dörd qanun layihəsi paketinin bir hissəsi kimi qəbul edilib. Qanun layihəsi deputatlardan geniş dəstək aldıb; 79 senator lehinə, 18 senator isə bu sənədin əleyhinə səs verib.

Milyonlarla amerikalı haqqında məlumatların Çinin əlinə keçə biləcəyi ilə bağlı qorxular Konqresin Pekində yerləşən şirkətdən "TikTok"u ayırmaq cəhdlərinə səbəb olub. Ötən həftə sosial media şirkəti qanun layihəsinin “170 milyon amerikalının söz azadlığı hüquqlarını pozacağını, 7 milyon müəssisəni məhv edəcəyini və ABŞ iqtisadiyyatına ildə 24 milyard dollar gəlir gətirən platformanı bağlayacağını” bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »