Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin üzvü, icra katibi Natiq Cəfərli hadisəni Bizimyol.info xəbər portalına şərh edib.
"Bununla bağlı məlumatlar hələlik çox azdır. Rəsmi təsdiqini tapan-tapmayan məlumatlar da çoxdur. Əgər söhbət hərbi obyektlərdən gedirsə və vətəndaşlara ziyan dəymirsə, bu, hamımızın diləyimizdir. Münaqişənin səngiməsi, qarşılıqlı hücumların dayanması, regionumuzda böyük müharibənin olmaması hamımızın istəyimizdir. Çünki böyük, regional müharibə özü kimi böyük itkilərə gətirib çıxara bilər. Düşünürəm ki, bundan öncə İranın İsraili hədəf alması, necə öncədən bilinmiş və xəbərdarlıqlar edilmişdisə, çox güman ki, bu zərbənin də öncədən bildirilməsi baş verib. Minimum zərərlə bu işin qapadılmasına çalışılır. Yəni İran cavab verməyə bilməzdi ki, cavab verdi. İsrail də eynilə İran kimi, öz ərazisinin vurulmasına səssiz qala bilməzdi və cavab verdi. Düşünürəm ki, indi hələlik, bu müharibənin eskalasiyası dayandırılacaq" - deyə, Natiq Cəfərli əlavə edib.
Mətin Şükürlü, Bizimyol.info