Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycanla münasibətləri gücləndirən Rusiya, Ermənistanı "oyuncaq" edən Qərbə "mesaj" verdi"
"Azərbaycanla münasibətləri gücləndirən Rusiya, Ermənistanı "oyuncaq" edən Qərbə "mesaj" verdi"

"Rus sülhməramlarının Azərbaycandan çıxarılması ilk növbədə Azərbaycan dövləti üçün xüsusi anlam daşıyan bir hadisədir. Bu, ilk növbədə Azərbaycanın tam müstəqil və güclü ölkə olmasının göstəricisi kimi qiymətləndirilməlidir".

Bu barədə Bizimyol.info xəbər portalına Türkiyənin Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə Fakültəsinin müəllimi, professor Kərəm Qarabulud danışıb. Professorun fikrincə, Azərbaycan öz daxilində və hətta regionda sülh və sabitliyi təmin etmək gücünə malikdir. Digər tərəfdən Rusiya çıxmağa razılıq verməklə, Azərbaycanla münasibətlərini gücləndirmək və Qərbin Ermənistana dəstəyinə əyani cavab vermək istəyir.

Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə Fakültəsi müəllimi, professor Kərəm Qarabulud Kərəm Qarabulud

Professor Kərəm Qarabulud bildirib ki, Qərb ölkələri Rusiyanın Azərbaycandan, hətta Qafqazdan da çəkilməsini istəyir. Çünki onlar xüsusilə Ermənistan vasitəsilə regionda nüfuz sahibi olmağa çalışırlar. Bununla belə, Rusiya hər şeyi edəcək ki, həm tarixi əlaqələrə, həm də indiki proseslərə görə bölgədəki təsiri azalmasın.

Kərəm Qarabulud hesab edir ki, Rusiya ilə Qərbin bu rəqabəti regionda balans siyasəti yürüdən Azərbaycana yeni imkanlar və üstünlüklər verəcək. Bu imkanların qalıcı olması üçün həm Azərbaycan, həm də Türkiyə üçün “tarazlıq” siyasətini davam etdirmək və “irqlər və məzhəblər arası” siyasətlər hazırlayıb həyata keçirmək faydalı olardı.

“Üstəlik, Ermənistan bundan sonra regional proseslərdə işğalçılıq və başqalarının aləti olmaq siyasətindən əl çəksə, bu regionda, hətta bütün dünya dövlətlərinin lehinə stabil Qafqaz yaranacaq. Qərb dövlətləri bu sabitliyin qarşısını almağa çalışsalar da, bu iradə Rusiya, Azərbaycan, Türkiyə, İran və bir qədər də Ermənistanın əlindədir”-deyən professor əlavə edib ki, bunun üçün Zəngəzur dəhlizinin açılması və normal iqtisadi əlaqələrin başlanması əsas vəzifəni yerinə yetirəcək.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »