Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycan-Rusiya arasındakı münasibət, qarşılıqlı inam və suveren hüquqlarına hörmət yüksək səviyyədədir"
"Azərbaycan-Rusiya arasındakı münasibət, qarşılıqlı inam və suveren hüquqlarına hörmət yüksək səviyyədədir"

2020-ci ildə 44 günlük müharibədən sonra noyabrın 10-da “üçtərəfli” bəyannamə imzalandı. Bundan sonra Azərbaycanın torpaqlarına Rusiya sülhməramlıları yerləşdirildi. Çünki o zaman torpaqlarımız tam şəkildə azad edilməmişdi. 2023-cü ildə 1 günlük lokal antiterror əməliyyatı ilə Qarabağımız işğaldan qurtarıldı. Bu da o demək idi ki, daha Rusiya sülhməramlılarına ehtiyac qalmır. 10 noyabr bəyannaməsinə görə, Rusiya sülhməramlılarının fəaliyyət müddəti 2025-ci ildə bitəcəkdi. Amma onlara daha ehtiyac olmadığı üçün "göndərildilər" və ya "aparıldılar"...

“Bu siyasi qərar hər iki ölkə rəhbərliyi tərəfindən verilmiş qərardır. Regionda baş verən proseslər, o cümlədən Azərbaycan-Rusiya arasındakı qarşılıqlı münasibətlərin, qarşılıqlı inamın və bir-birinin suveren hüquqlarına hörmətin çox yüsək səviyyədə olmasından xəbər verir”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Müşfiq Məmmədli danışıb. Deputat bildirib ki, Azərbaycan hər zaman öz suverenliyi hər şeydən üstün tutmuşdur.

Milli Məclisin deputatı Müşfiq Məmmədli Müşfiq Məmmədli

“Ölkə rəhbərinin hər zaman bəyanatlarında bildirdiyi kimi "nəyi, nə zaman etmək lazım olduğu"nu hər kəsdən gözəl bildiyini və xalqının arzu istəklərini, ölkəsinin regionda ən aparıcı ölkə olmasını atdığı addımlarla bir daha sübut etmişdir. Məncə, bu məsələyə də atılan mövcud addımların kontekstində yanaşmaq daha doğrudur”-deyə deputat əlavə edib.

O ki, qaldı kənar qüvvələrin müxtəlif təxribat əməllərinə, deputat əlavə edib ki, istər sülhməramlı qüvvələr Qarabağda olduqda, istərsə də olmadığı müddətdə, 30 illik işğal dövründə də biz hər zaman ermənilərin təxribat əməllərini görmüşük. Amma Azərbaycan xalqı öz siyasi rəhbərliyinin və ali baş komandanlığın yanında sıx birləşərək, bütün bu təxribatlara lazım olan dərsi verib.

“44 günlük müharibə və ondan sonrakı dövrdə torpaqlarımız azad olundu. Yəni bundan sonra onların nə edəcəyindən daha çox bizim vahid milli ideya ətrafında sıx birləşərək, ondan sonrakı uğurlarımızı qazanmağımızdır”-deyə deputat əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »