Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiya-Ukrayna müharibəsi fonunda Rusiyanın ölkədən kənarda çoxsaylı əsgər saxlaması maliyyə itkisidir"
"Rusiya-Ukrayna müharibəsi fonunda Rusiyanın ölkədən kənarda çoxsaylı əsgər saxlaması maliyyə itkisidir"

Rusiya kontingentinin Azərbaycanı (Qarabağı) birdəfəlik və tam olaraq tərk etməsi prosesinə start verilib. Bu barədə yerli KİV-lərin məlumatına görə, artıq Kəlbəcərin Xudavəng monastırındakı post Azərbaycan polisinə təhvil verilib. Xocalıdakı baza da boşaldılır. Kremldən də mövzu ilə bağlı təsdiq edən rəsmi açıqlama gəldi. "Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına başlanıb"-deyə Putinin sözçüsü Peskov bildirib. Tarixi və böyük prosesin bir neçə günə tam yekunlaşması gözlənilir. Bununla da Azərbaycan Qarabağ və bütün torpaqları üzərində ilə tam suveren nəzarətini bərpa etmiş durumdadır.

Milli Məclisin deputatı Vüqar İskəndərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiya sülhməramlıların Azərbaycanda həmin ərazilərdə fəaliyyəti 10 noyabr “üçtərəfli” bəyanatı ilə tənzimlənirdi. Yəni Azərbaycan ərazisində hələ də Qarabağ və Xankəndi ətraf şəhər və kəndlərdə ermənilərin mövcud olması və sülhməramlıların da orada xidmət keçməsi əsasən iki ölkə Azərbaycan Rusiya arasındakı münasibətlərin fonunda müəyyənləşdirilirdi. Lakin 2023-cü ilin sentyabr ayında 1 günlük lokal antiterror tədbiri ilə oranı tamamilə tərk etmiş ermənilər və ondan sonra yaranmış situasiyada əslinə qalsa, de-fakto orada Rusiya sülhməramlılarının fəaliyyəti sıfıra enmişdi.

Vüqar İskəndərov Vüqar İskəndərov

“Azərbaycanın müvafiq orqanları, Azərbaycan polisi artıq Xankəndi və ətraf bölgədə öz fəaliyyətlərini icra etməyə başladılar. Bundan sonra cəmiyyətdə də o suallar yaranırdı ki, rus sülhməramlıları orada nə işlə məşğuldurlar, hansı fəaliyyəti göstərəcəklər və s. Dəfələrlə biz bununla bağlı açıqlamalar vermişik. Bildirirdik ki, onların fəaliyyəti 2025-ci ildə bitir və fəaliyyətlərinin bitməsinə 6 ay qalmış Azərbaycan və Rusiya arasında bu məsələ müzakirə olunacaq və təbii olaraq, ondan sonra məlumat veriləcək.

Eyni zamanda qeyd edirdik ki, onların orada qalması məsələsi artıq sual altındadır. Çünki həmin müqaviləyə görə onlar çıxmalıdırlar. Həqiqətən də həmin ərazilərdə artıq Rusiya sülhməramlılarının görəcəyi bir iş qalmamışdı”-deyən deputat bildirib ki, indiki situasiyaya baxsaq, Kəlbəcərdən sülhməramlılarının təmamilə çıxması və mərhələli şəkildə əraziləri tərk etməsi məsələsi dövlət orqanları tərəfindən bu və digər formada danışıq predmeti idi. Bu, müvafiq orqanları ilə iki tərəfli şəkildə Azərbaycan-Rusiya rəsmiləri çərçivəsində davam etdirilirdi.

Deputat hesab edir ki, bu proses davamlı olacaq və çox da uzaq olmayan zamanda onlar Azərbaycan ərazilərini tam tərk edəcəklər. Artıq bu proses də başlayıb.

“Proses başlayıb və davam edəcək. Bütün ərazilərimizdə Azərbaycan polisi və digər dövlət institutları öz fəaliyyətini aparacaq. Bu proses bitəcək və rus sülhməramlıları ərazini tam tərk edəcəklər”-deyə deputat əlavə edib.

Vüqar İskəndərovun fikrincə, hazırda Rusiya-Ukrayna müharibəsi fonunda Rusiyanın digər yerlərdə çoxlu qoşun saxlaması onun üçün maliyyə itkisidir. Eyni zamanda özünün də bu qoşun birləşmələrinə ehtiyacı var.

Deputat deyir ki, Azərbaycanın yeritdiyi müstəqil, çox düzgün, ağıllı, düşünülmüş siyasəti və mövqeyi təbii ki, bütün bunlara dediklərimizə əsas verir.

“Hal-hazırda biz bunun dövlət orqanlarının danışıq predmeti olduğunu bilirik. Rusiya ilə Azərbaycan arasındakı strateji dostluq münasibəti əsas vermir ki, bu hərhansı bir digər formalarda ifadə edilsin. Bu da iki dövlət arasında olan münasibətlərə təsir göstərə bilməz. Ona görə də hər şey qanuni və hüquqi şəkildə öz əksini tapacaq. Təkrar edirəm, bunların hər biri danışıq predmetidir. Rus sülhməramlılarının Azərbaycan ərazilərini tərk etməsi prosesi başlanılıb və davam edəcək. Yaxın zamanlarda artıq təbii olaraq, Azərbaycan polisi bütün bu ərazilərdə - Kəlbəcər, Xocalı və artıq bütün ərazilərimizdə öz fəaliyyətlərini icra edəcəklər”-deyə deputat əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »