Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ İsrailə hücumlara görə İrana qarşı yeni sanksiyalar tətbiq edəcək
ABŞ İsrailə hücumlara görə İrana qarşı yeni sanksiyalar tətbiq edəcək

ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivan İranın İsrailə hücumlarına görə ona qarşı yeni sanksiyaların tətbiq ediləcəyini açıqlayıb.

Bizimyol.info xəbər verir ki, Sullivan yazılı açıqlamasında bildirib ki, prezident Co Bayden Konqres üzvləri, ABŞ-ın müttəfiqləri və tərəfdaşları ilə İrana hərtərəfli cavabı koordinasiya edir.

Bu çərçivədə Sullivan İrana qarşı yeni sanksiyaların tətbiq ediləcəyinə diqqət çəkərək: "Yaxın günlərdə ABŞ İranı, o cümlədən onun raket və pilotsuz uçuş aparatları proqramlarını, həmçinin İran Müdafiə Nazirliyi və İnqilab Keşikçilərini dəstəkləyən təşkilatları hədəf alan yeni sanksiyalar tətbiq edəcək", - deyə qeyd edib.

ABŞ-dan sonra digər müttəfiq ölkələrin və tərəfdaşların da sanksiyalar tətbiq edəcəyini proqnozlaşdırdığını qeyd edən Sallivan, Vaşinqtonun İranın raket və pilotsuz uçuş aparatları imkanlarına qarşı Yaxın Şərqdə hava və raketdən müdafiə və erkən xəbərdarlıq sistemlərinin inteqrasiyasını gücləndirməyə davam etdiyini bildirib.

Sallivan bəyan edib ki, bu yeni sanksiyalar və digər tədbirlər İrana öz hərbi potensialını və effektivliyini nəzarətdə saxlamaq və zəiflətmək və bütün problemli davranışlarına qarşı çıxmaq üçün təzyiq göstərməyə davam edəcək.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »