Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Quranın yandırılması və İslama qarşı məkrli çağırış edən "ikiüzlü" ölkələr, təxribatların da öncülləridir"
"Quranın yandırılması və İslama qarşı məkrli çağırış edən "ikiüzlü" ölkələr, təxribatların da öncülləridir"

Fransalı yazıçı və filosof Volter deyir ki, “mən sizin dediklərinizlə razı deyiləm, amma öz düşüncələrinizi deyə bilmək hüququnuzu müdafiə edə bilmək üçün öz həyatımı qurban verərəm”. Bu, tolernatlığın bir nümunəsidir.

Tolerantlıq başqa həyat tərzlərinə, davranışlara, adətlərə, hisslərə, fikirlərə, fikirlərə, inanclara dözmək deməkdir. Belə ki, tolerantlıq sözün geniş mənasında fərqli fikir azadlığı ilə bağlıdır. Tolerantlıq mərhəmət və mülayimlik anlayışlarına yaxındır.

Tolerantlıq müəyyən mənada bizdən fərqli olan insanlarla birlik qurmaq və saxlamaq qabiliyyətini ifadə edir. Amma nəzərə almaq lazımdır ki, tolerantlığın da sərhədləri var.

“Azərbaycan uzun illər boyu tolerantlıq ənənələrinə sadiq qalıb və bu gün də bu ənənələr uğurla davam etdirilir. Sözsüz ki, bu ənənələrin yaşadılması və davam etdirilməsi ölkədə yaşayan millətlərin faydasına köklənib. Həm də dünya xalqları üçün bir nümunədir. Çünki bu gün Azərbaycanda keçirilən ən yüksək səviyyəli beynəlxalq tədbirlər, bilavasitə insanların firavan həyatında münasibətlərin yaxşılaşdırılması və ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Tahir Rzayev danışıb. Onun sözlərinə görə, Azərbaycanda dinlər və millətlər arasında fərq yoxdur. Bu gün yəhudi, rus, azərbaycanlı və digər millətlərdən olan insanlar kilsələrdə olur, məscidlərə gedir, sinaqoqlarda Allaha dualar edir və bir məqsəd uğrunda Azərbaycanın inkişafı millətlərin dostluğu uğrunda mübarizə aparırlar.

Tahir Rzayev Tahir Rzayev

“44 günlük müharibə, 23 saatlıq lokal antiterror tədbirləri dünyaya göstərdi ki, Azərbaycan xalqı, Azərbaycanda yaşayan bütün millətlər dövlətin suverenliyinə sadiqdirlər. Torpaqlarımızın qorunması, düşməndən azad olunması uğrunda mübarizədə canlarından keçməyə hazırdırlar. Ayrı-ayrı millətlərin nümayəndələrinin Qarabağ döyüşlərində göstərdikləri fədakarlıqlar və qəhrəmanlıq nümunələri bu münasibətlərə, bu əlaqələrə bir örnəkdir və nümunədir”-deyə deputat vurğulayıb.

Tahir Rzayevin sözlərinə görə, bu gün dinindən, əqidəsindən və partiyasından aslı olmayaraq, insanlar Azərbaycan Respublika qanunlarına əməl etməklə ölkəmizdə sərbəst yaşamaq hüququna malikdirlər. Eyni zamanda onlar özlərinin arzularını, istəklərini tam həyata keçirməyə qadirdirlər.

Deputat təəssüflə qeyd edib ki, bu gün bir çox ölkələrdə islama, müsəlmanlara qarşı ciddi və məkrli kampaniyalar həyata keçirilir. Bu təxribatçı proseslərdə "bayraq daşıyan"lar özlərini “demokratik ölkə” adlandırırlar. İnsanların haqlarından, hüquqlarından və onların birgə yaşayış normalarından danışırlar. Ancaq əmələ gəldikdə, buna heç cür əməl etmirlər.

Fransanın təcrübəsi, Fransada islama qarşı yönəldlən məkrli çağırışlar, Quranın yandırılması və ayrı-ayrı millətlərin ölkədə təsir altına düşməsi bunu deməyə tam əsas verir. Azərbaycan xalqı tolerant xalq kimi özünün yüksək mənəvi dəyərləri ilə fəxr edə bilər. Həmişə də fəxr etmişdir. Bu gün burada yaşayan millətlər qardaşdırlar. Dinlər bir-birinə qovuşur və insanlar yalnız insani dəyərləri yüksək qiymətləndirməklə, gələcəyə ümidlə baxır və Azərbaycanın inkişafı uğrunda mübarizə aparırlar.

Tahir Rzayev bildirib ki, bu ölkədə hökm sürən ictimai-siyasi sabitliyin Azərbaycan prezidentinin eləcə də, müvafiq orqanların həyata keçirdikləri tədbirlərin insani dəyərlərə yüksək qiymət vermələrinin və xalqların gələcəyi uğrunda dərindən düşünmələrinin bəhrəsidir. Millətindən və dinindən aslı olmayaraq, bunu hər kəs yüksək qiymətləndirir. Ölkədə keçirilən yüksək səviyyəli tədbirlərdə də bu vəziyyət ayrı-ayrı xalqların nümayəndələri tərəfindən, eləcə də beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir və onun bir nümunə kimi dünyada dünya ölkələri arasında yayılması tövsiyə olunur.

“Biz xoşbəxt xalqıq ki, qəlbimizə nifrət, kin və müharibə düşüncələri yaşamır. Azadlıq, insanlara səadət və xoşbəxtlik insanlarımızın arzusudur, məqsədidir. Bu yolda millətlər, dinlər birləşir və gələcək uğurlarımızı təmin edir. Bu, uzun illər belə olub və bundan sonra da bu ənənələr yaşayacaq. Azərbaycan bir tolerant ölkə kimi öz nüfuzunu dünyada gündən-günə artıracaqdır”-deyə deputat əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.15. dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi.

Son xəbərlər
Bütün xəbərlər »