Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sabiq deputat Hadı Rəcəbli vəfat edib
Sabiq deputat Hadı Rəcəbli vəfat edib

Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəbli bu gün səhər saatlarında ürəktutmasından vəfat edib.

Bizimyol.info xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, Hadi Rəcəblinin səhhətinin pisləşməsi ilə əlaqədar 17.04.2024-cü il tarixində saat 06:38 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Çağırış ünvanına cəlb edilən təcili tibbi yardım briqadası Hadı Rəcəblinin ölümünü qeydə alınıb.

Mərhumun qardaşı İqbal Rəcəbli məlumat verib ki, Hadı Rəcəbli Bakı şəhərində dəfn ediləcək və onunla vida mərasimi "Təzəpir" məscidində baş tutacaq.

Son xəbərlər
Bütün xəbərlər »