Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qurumuş ağac təhlükə yaradır, kəsməyə qorxuruq" - Nazirlik və agentlikdən rəsmi açıqlama
"Qurumuş ağac təhlükə yaradır, kəsməyə qorxuruq" - Nazirlik və agentlikdən rəsmi açıqlama

"Yolun kənarındakı qurumuş ağac ətrafdan gəlib keçənlərin həyatına, yaxınlıqdakı yaşayış yerlərinə və avtomobillərə təhlükə yaratsa da, onu heç kim kəsmir. Deyirlər ki, "Ekologiyadan qorxuruq""

Saatlı rayon sakini Bizimyol.info xəbər portalına müraciət edərək, rayonun mərkəzi küçələrindən birində, Beynəlxalq Bankın filialı ilə üzbəüz yerləşən səkidə qurumuş ağacın hər an aşa biləcəyini, buna rəğmən heç bir tədbir görülmədiyini qeyd edib. O da qeyd olunub ki, qurumuş ağacın kəsilməsi məsələsinə həssaslıqla yanaşıldığından və bu, məsuliyyət yaratdığından, heç kəs buna yaxın durmur. Ağac isə artıq əyilib və bir tərəfdən kökü yerdən qopub, öz ağırlığı altında hər an aşa bilər.

Bəs problem öz həllini necə tapacaq?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən Bizimyol.info xəbər portalına bildirilib ki, heç bir ağac icazəsiz kəsilə bilməz: "Əgər elə bir ağac varsa, rayon icra hakimiyyəti və bələdiyyə nazirliyin Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət etməlidir. Prosedur belədir. Əlbəttə ki, ağacı müraciət etmədən və ona baxış keçirilmədən kəsmək olmaz. Əgər təhlükə yaradırsa, o ağac rəy verilərək, götürülür" deyə, nazirlikdən bildirilib.

Saatlıda "təhlükəli" ağac

Məlumat üçün qeyd edək ki, Dövlət Ekoloji Ekspertiza Agentliyindən xəbər portalımıza bildirilib ki, məsələ nəzarətə götürüləcək.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »