Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski: ABŞ-ın dəstəyi olmadan Kiyevin şansı yoxdur
Zelenski: ABŞ-ın dəstəyi olmadan Kiyevin şansı yoxdur

Ukrayna prezidenti Vladimir Zelenski etiraf edib ki, Qərbin köməyi olmadan Ukraynanın hərbi əməliyyatları davam etdirmək şansı yoxdur.

Bizimyol.info xəbər verir ki, o, bu barədəPBS telekanalına müsahibəsində deyib və bildirib ki, Kiyevin Qərbin silahına ehtiyacı var.

“Sizə səmimi deyirəm ki, Qərbin bu dəstəyi olmadan bizim qalib gəlmək şansımız olmayacaq”, - deyə o qeyd edib.

Zelenski daha əvvəl etiraf etmişdi ki, Ukrayna ABŞ-ın köməyi olmadan öz briqadalarını silahlandıra bilməyəcək. O, həmçinin bəyan edib ki, Rusiya Silahlı Qüvvələrinin potensialı Ukraynanın imkanlarından dəfələrlə çoxdur.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »