Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden və Çexin baş naziri Fiala "Ukraynaya dəstəyi" vurğuladılar
Bayden və Çexin baş naziri Fiala "Ukraynaya dəstəyi" vurğuladılar

ABŞ prezidenti Bayden və Çex Respublikasının baş naziri Petr Fiala Ağ Evdəki görüşdə “ABŞ və Avropanın Ukraynaya birgə dəstəyinin vacibliyini” vurğuladılar.

Bizimyol.info xəbər verir ki, ABŞ prezidenti Bayden Çexiyanın baş naziri Fialanı Ağ Evdə qəbul edib və iki lider regional məsələləri müzakirə ediblər.

Oval Ofisdə mətbuat mənsubları üçün gündəm barədə məlumat verən Bayden və Fiala, əsasən, Ukraynaya dəstəyin vacibliyinə diqqət çəkib və bu mövzuda iki ölkənin əməkdaşlığının necə artırıla biləcəyinə nəzərə çatdırıblar.

ABŞ Nümayəndələr Palatasında hələ də gözlənilən Ukraynaya dəstək paketinə işarə edən Bayden, Avropadakı bəzi ölkələrin bu mövzuda daha çox təşəbbüs göstərə biləcəyini və ABŞ-ın bu ölkələrə dəstək verə biləcəyini bildirib.

Bayden və Fiala İsrailə qarşı hücuma keçən İrana birgə reaksiya göstərərək, hər iki şəxs ölkələrinin İsraili dəstəklədiyini bildiriblər.

Fiala ABŞ-ın Rusiyadan enerji asılılığını azaltmaq üçün Avropaya daha çox LNG qazı göndərməsinin vacib olduğunu vurğulayaraq, bu mövzuda Baydenlə məsləhətləşdiklərini bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »