Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yalçın Topçu: "“Bir kərə yüksələn bayraq, bir daha enməz” deyimi başda can Azərbaycan olmaqla, bütün Türk zadəganlarının istiqlal hədəfinin şüarına çevrilib"
Yalçın Topçu: "“Bir kərə yüksələn bayraq, bir daha enməz” deyimi başda can Azərbaycan olmaqla, bütün Türk zadəganlarının istiqlal hədəfinin şüarına çevrilib"

"Müsəlman şərqinin ilk demokratik respublikası sayılan və 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Respublikasının qurucusu Məmməd Əmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq, bir daha enməz” deyimi başda can Azərbaycan olmaqla, bütün Türk zadəganlarının istiqlal hədəfinin şüarına çevrilib". Bu sözləri Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu deyib. Baş müşavir qeyd edib ki, BMT-nin qətnamələrinə 30 ildən artıq müddət keçməsinə baxmayaraq, öz tarixi torpağı olan Qarabağı qanunsuz erməni işğalından xilas edən Respublikanın Prezidenti, Vətən Müharibəsinin Müzəffər Ali Baş Komandanı İlham Əliyeviin yüksək rəhbərliyi ilə bu gün Azərbaycan müasir, güclü, hörmətli və müstəqil dövlət olub, regionunda və dünyada sabitliyin, firavanlığın, eyni zamanda sülhün ünvanıdır.

Yalçın Topçu: "“Bir kərə yüksələn bayraq, bir daha enməz” deyimi başda can Azərbaycan olmaqla, bütün Türk zadəganlarının istiqlal hədəfinin şüarına çevrilib""

“Canım Azərbaycanımızın böyütdüyü Türk dünyasının böyük oğlu babamız Rəsulzadənin Ankarada yerləşən Cebeci Asri qəbiristanlığındakı məzarını yenidən düzəldən əziz Azərbaycanımızın Türkiyədəki səfiri qardaşım Rəşad Məmmədova öz təşəkkürümü bildirirəm.

Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda etmiş ağsaqqallarımızı və şəhidlərimizi rəhmətlə yad edirəm” deyə baş müşavir qeyd edib.

Son xəbərlər
Bütün xəbərlər »