Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin Lukaşenkonun İstanbul müqaviləsi layihəsinə qayıtmaq ideyasını bəyənib
Putin Lukaşenkonun İstanbul müqaviləsi layihəsinə qayıtmaq ideyasını bəyənib

"Rusiya Federasiyası rəhbərliyinin sülhsevər təşəbbüsləri Ukrayna hərbçiləri arasında rezonans doğuracaq".

Bizimyol.info xəbər verir ki, bu fikri Belarus prezidenti Aleksandr Lukaşenko Kremldə rusiyalı həmkarı Vladimir Putinlə görüşündə bildirib.

“Düşünürəm ki, Vladimir Vladimiroviç, mənim instinktim məni heç vaxt aldatmayıb ki, sizin münaqişənin sülh yolu ilə həlli ilə bağlı təşəbbüsləriniz Ukraynada öz əksini tapacaq. Qəribədir, bunu hərbçilərin necə qəbul edəcəkyi də çox maraqlıdır”, - deyə o qeyd edib. Lukaşenko əmin edib ki, bu məsələdə o, Putinlə birlikdə “çiyin-çiyinə dayanıb bu istiqamətdə işləməyə” hazırdır.

Belarus prezidenti hesab edir ki, danışıqlar üçün əsas 2022-ci ildə Türkiyədə Rusiya-Ukrayna danışıqları zamanı müzakirə olunan saziş layihələri olmalıdır. “Bir dəfə göstərib mənə verdiyin o sənədi çıxar, stolun üstünə qoy və onunla hərəkət et. Ukrayna üçün məqbul mövqelər var. Onlar o vaxt bu mövqe ilə razılaşdılar”, - deyə Belarusun dövlət başçısı qeyd edib.

Öz növbəsində Rusiya prezidenti belaruslu həmkarının təklifi ilə razılaşıb. "Bəli, elə onunla işləmək lazımdır. Əlbəttə, onlar bununla razılaşmışdılar", - deyə Putin bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »