Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski: Şolz Rusiyanın nüvə silahından qorxur
Zelenski: Şolz Rusiyanın nüvə silahından qorxur

Ukrayna prezidenti Vladimir Zelenski Almaniya kansleri Şolzun Kiyevə Almaniya istehsalı olan “Taurus” raketlərini verməməsinin səbəbinin Rusiyanın nüvə təhlükəsindən qorxması olduğunu bildirib.

Bizimyol.info xəbər verir ki, Türkiyə mətbuatının verdiyi məlumata görə, Ukrayna lideri Zelenski alman mətbuatına müsahibəsində Almaniya kansleri Olaf Şolsu Kiyevə “Taurus” raketləri vermədiyinə görə tənqid edib.

"Şolz, Putinin nüvə hücumu təhlükəsindən qorxduğunu söyləyib, lakin “Taurus”un bizə verilməsi dünyanı Rusiyanın nüvə təhlükəsindən qoruya bilməyəcək", - deyə Zelenski bunun nüvə gücü olmayan Almaniyanın əlindəki ən güclü silahlardan biri olduğuna işarə edərək: “Şolz ölkəsini belə güclü silahdan məhrum edə bilməyəcəyi mesajını mənimlə paylaşdı", - deyə əlavə edib. Almaniya kansleri Kiyevə “Taurus” raketlərinin verilməsinin gərginliyi artıracağını və Almaniya ilə Rusiyanı bir-birinə qarşı qoyacağını bildirib.

Zelenski ABŞ-ın keçmiş prezidenti Donald Trampın Ukraynanın işğal olunmuş Krım və Donbas ərazilərinin Rusiyaya təslim edilməsi ilə bağlı qondarma sülh planına şübhə ilə yanaşdığını bildirib. "Trampın beynindəki ideya sadəcə torpaqlarımızı verməkdirsə, bu, çox primitiv plandır", - deyən Zelenski Trampı Kiyevə dəvətini təkrarlayıb. Keçmiş prezidentin kampaniya komandası Trampın ABŞ mətbuatında dərc olunan sülh planı iddialarını təkzib edib. Bundan əvvəl də Trampın prezident seçiləcəyi təqdirdə Ukraynaya hərbi yardımı dayandıracağı ilə bağlı xəbərlər yayılmışdı.

Bildirilib ki, bu yaxınlarda Ukrayna lideri Vladimir Zelenskinin təkrarladığı sülh sammiti üçün 16-17 iyun tarixləri nəzərdə tutulub. ABŞ və İsveçrə mətbuatında yer alan xəbərlərə görə, iyunun 13-15-də Romada keçiriləcək G7 sammitindən dərhal sonra keçirilməsi gözlənilən sammitin Fourdakı Kanton gölü bölgəsindəki bir oteldə keçirilməsinin planlaşdırıldığı bildirilib. Zelenski daha əvvəl 80-100 ölkənin iştirakı planlaşdırılan sammitə Rusiyanın dəvət olunmayacağını bildirmişdi. Digər tərəfdən, Rusiyanın ən mühüm tərəfdaşlarından biri olan Çinin sammitdə iştirak edib-etməyəcəyi bəlli deyil.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »