Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Tarixi torpaqlarımızda işğalçılar tərəfindən dağıdılan məscidlərimiz yenidən bərpa olunur, ibadətə açılır"
"Tarixi torpaqlarımızda işğalçılar tərəfindən dağıdılan məscidlərimiz yenidən bərpa olunur, ibadətə açılır"

Tolerantlıq müxtəlif baxışlara, əxlaqlara və vərdişlərə dözümlülükdür. Tolerantlıq müxtəlif xalqların, millətlərin və dinlərin xüsusiyyətlərinə münasibətdə zəruridir. Bu, özünə inamın və öz mövqelərinin etibarlılığının dərk edilməsinin əlamətidir, hamı üçün açıq olan, başqa nöqteyi-nəzərlərlə müqayisə etməkdən çəkinməyən, öz fikrini ifadə etməkdə mənəvi rəqabətdən qaçmayan ideoloji cərəyanın əlamətidir. Tolerantlıq başqa mədəniyyətləri, özünüifadə yollarını və insan fərdiliyinin təzahürünü qəbul etmək və düzgün başa düşmək deməkdir.

“Dini tolerantlıq dövlət siyasətimiz, xalqımızın həyat tərzidir. Azərbaycan xalqı yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə özünəməxsus harmoniya yaradır.Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra ölkəmizdə yaşayan bütün dini konfensiyalara böyük hörmətlə yanaşmış, hamının dini etiqad azadlığını təmin edilmişdir. Ana qanununumuz olan Konstitusiyasının 25-ci maddəsi ilə mənşəyindən, irqindən, dinindən və dilindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarına hörmət təmin olundu. Belə ki, məscidlər, kilsələr və sneqoqlar dövlət dəstəyi ilə yenidən qurularaq dindarların istifadəsinə verildi. O cümlədən, dini icmaların fəaliyyətini dəstək verilməsi üçün dövlət başçımızın sərəncamları ilə maliyyə yardımları verilir. Dövlətimiz digər dini konfensiyaların dini etiqadına azad şərait yaratdığı kimi islam dininin inkişafına da böyük önəm verir. Çünki xalqımızın milli mənəvi dəyərləri islam dini ilə sıx bağlıdır. Sovetlər dövründə dini etqadın qadağan olunmasına və məscidlərin bağlanmasına baxmayaraq xalqımız dinə və milli mənəvi dəyərlərinə, adət ənənələrə bağlılığını öz içində yaşayaraq qoruyub saxlayaıb nəsildən nəsilə ötürə bilmişdir”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Azər Badamov danışıb. Deputat qeyd edib ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ailəsi ilə birlikdə Məkkəyə Həcc ziyarətinə getməsi, müqəddəs Kəəbə evində namaz qılması dövlət rəhbərimizin öz milli mənəvi dəyərlərinə sadiqliyinin göstəricisi idi. O cümlədən bu, hər bir azərbaycanlı üçün ürəyində Allaha və onun qoyduğu yola inamının və sevgisinin olmağının vacibliyinin nümayişi idi. Ulu öndərin qoyduğu bu yol Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Sovetlər dövründə məscidlər bağlanmışdısa, müstəqillik dövrümüzdə qapılarını dindarların üzünə yenidən açıldı. Belə ki, ümummilli liderin müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illər ərzində ölkədə 517 məscid inşa olunmuş, 200-ə yaxın məsciddə əsaslı təmir işləri aparılmış, 16 məscid yenidən qurulmuşdur. Prezident İlham Əliyev bu yolu uğurla davam etdirərək ölkəmizdəki məscidlərin sayı 2200-ə çatdırdı.

Azər Badamov Azər Badamov

Azər Badamov bildirib ki, ölkəmizin hər bir bölgəsində yenidən qurulmuş məscidlər xalqımızın istifadəsinə verilir.

“Torpaqlarımızı işğal edən erməni işğalçıları həmin ərazilərimizdəki 67 məscidi dağıdaraq yerlə yeksan etmiş, təhqir olunmuşdur. Amma ərazilərimiz bizə qayıtdığı 3 ili ərzində digər sahələrin yenidən qurulduğu kimi dini inanc yerləri də yenidən qurulmağa başlamışdı. Belə ki, dini inanc yerlərinin, məscidlərin yenidən qurulmasında Mehriban xanım Əliyevanın rəhbərlik etdyi Heydər Əliyev Fondunun verdiyi töhfələri xüsusilə qeyd olunmalıdır. Heydər Əliyev Fondu ölkəmizin digər bölgələrində olduğu kimi Qarabağın hər bir yaşayış məntəqəsində məscidlərin, milli mədəni abidərimizin yenidən bərpa olunmasında yaxından iştirak edir. Belə ki, işğaldan azad olunmuş ərazilərimizdə yenidən əzan səsləri eşidilir, namaz qılınır və bayramlarımız qeyd olunur”-deyən deputat əlavə edib ki, Azərbaycan sadəcə tolerantlıq və multikultural şərait yaramaqla kifayətlənmir, həm də dünyada bu siyasətin inkişafına töhfə verir. Belə ki, ölkəmiz mütəmadi keçirilən Mədəniyyətlərarası Dialoq Forumu kimi tədbirlərlə dünyanın hər bir yerindən müxtəlif dinləri və mədəniyyətlərin təmsilçilərinin bir araya gəldiyi müqəddəs məkana çevrilmişdir. Bu baxımdan uğurla davam etdirdiyimiz multikulturalizm və tolerantlıq siyasətimiz dünyada böyük rəğbətlə qarşılanır, Azərbaycanın tolerant ölkə kimi nüfuzunun artmasına töhfə verir.

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.15. dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi.

Son xəbərlər
Bütün xəbərlər »