Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsrailin Qəzzaya hücumu zamanı biri bələdiyyə sədri olmaqla çoxlu fələstinlini öldürülüb
İsrailin Qəzzaya hücumu zamanı biri bələdiyyə sədri olmaqla çoxlu fələstinlini öldürülüb

Bildirilib ki, İsrail döyüş təyyarələrinin Qəzza zolağının mərkəzi hissəsində yerləşən Əl-Maqazi Qaçqınlar Düşərgəsində bələdiyyənin ümumi xidmət binasını birbaşa bombalaması nəticəsində Əl-Məqazinin meri Hatim Salih əl-Qəmri və çoxlu fələstinli həlak olub.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, Qəzza hökumətinin Media Ofisindən verilən açıqlamada, İsrail döyüş təyyarələrinin Əl-Meqazi Qaçqınlar Düşərgəsindəki bələdiyyə ümumi xidmət binasını birbaşa hədəfə aldığı qeyd edilib.

Qeyd edilir ki, hücum nəticəsində bələdiyyə sədri Qəmri də daxil olmaqla çoxlu sayda fələstinlinin həyatını itirdiyi, çox sayda insanın yaralandığı bildirilib.

Hökumətin bəyanatında ölənlərin yaxınlarına başsağlığı verilib və yaralananların tezliklə sağalması arzulanıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »