Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Amerikalı senator: "ABŞ sərhədini qorumadan Ukraynaya yardım göstərmək xəyanətdir"
Amerikalı senator: "ABŞ sərhədini qorumadan Ukraynaya yardım göstərmək xəyanətdir"

"ABŞ-Meksika sərhədini qorumaq üçün heç bir tədbir görmədən Ukraynaya yardım paketini ABŞ Konqresinin təsdiq etməsi ABŞ-ın maraqlarına xəyanət olardı".

Bizimyol.info xəbər verir ki, bu fikri Ohayodan olan senator Ceyms Devid Vens deyib.

"“Mən hesab edirəm ki, Nümayəndələr Palatasının spikeri Mayk Conson yaxşı adamdır, lakin o, ABŞ-ın cənub sərhəddində heç nə etmədən Ukraynaya milyardlarla dollarlıq xarici yardım layihəsi təqdim edərsə, bu, nəinki rüsvayçılıq və Respublikaçı seçicilər, həm də bütün ölkə üçün xəyanət hesab olunacaq", - deyə senator "Fox News"da qeyd edib.

Onun fikrincə, Respublikaçıların Konqresdə təzyiq rıçaqları var, lakin onlar bu üstünlükdən istifadə etməyə hazır olmalıdırlar. "Ona görə də ümid edirəm ki, spiker Conson həqiqətən öz qətiyyətini nümayiş etdirir və ABŞ prezidenti Co Bayden administrasiyasına deyir ki, o, öz ölkəsinin sərhədini mühafizə etmək işini başa çatdırmayınca, xarici prioritetlər üçün bir qəpik də almayacaq", - deyə Vens əlavə edib.

Martın 31-də Conson (Luiziana ştatından olan respublikaçı) "Fox"a müsahibəsində aprelin 9-da Pasxa tətilindən qayıtdıqdan sonra Kiyevə yardımın bərpası məsələsini Nümayəndələr Palatasının müzakirəsinə çıxarmağa hazır olduğunu bildirib.

Amerika administrasiyası daha əvvəl Konqresə oktyabrın 1-də ABŞ-da başlayan 2024-cü maliyyə ilində ilk növbədə İsrail və Ukraynaya yardım göstərmək, eləcə də Asiyada Çin, Rusiya, həmçinin Sakit okean bölgəsinə qarşı mübarizə məqsədilə əlavə büdcə ayırmaları üçün sorğu göndərmişdi. Ümumilikdə prezident Baydenin rəhbərlik etdiyi hakimiyyət bu məqsədlər üçün təxminən 106 milyard dollar almaq istəyir.

Müraciətin və alternativ qanun layihələrinin sonrakı taleyi qeyri-müəyyən olaraq qalır. Conson Ukraynaya əlavə yardımı ABŞ-ın cənub sərhədində daha sərt nəzarətlə əlaqələndirmək niyyəti barədə daim xəbərdarlıq edib.

Fevralın 13-də Senat bir Ukrayna, İsrail və Tayvana 95 milyard dollarlıq yardım ayrılmasını nəzərdə tutan qanun layihəsinin alternativ variantını qəbul edib.

Fevralın 27-də ABŞ-da sistem yaradan hər iki partiyanın Konqres rəhbərliyi ilə Bayden arasında keçirilən görüşdən sonra jurnalistlərlə danışan Conson bildirib ki, Nümayəndələr Palatası Kiyev üçün maliyyə və hərbi dəstəyin bərpası da daxil olmaqla, bütün mümkün variantları fəal şəkildə axtarır və öyrənir.

Daha sonra Conson bu məsələləri vaxtında həll edəcəyinə söz verdi, lakin Konqresin aşağı palatasında Ukrayna üçün büdcə ayırmalarının davam etdirilməsinə yönəlmiş hər hansı təşəbbüslərə baxılması üçün vaxt çərçivəsini göstərmədi. Spiker ABŞ-ın cənub sərhədini və onun təhlükəsizliyini təmin etməyi “əsas prioritet” adlandırıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »