Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cəlilabadda meyiti tapılan ər-arvadın bir neçə gün əvvəl öldüyü ehtimal olunur
Cəlilabadda meyiti tapılan ər-arvadın bir neçə gün əvvəl öldüyü ehtimal olunur

Cəlilabad şəhəri Ş.İ.Xətai küçəsində yerləşən fərdi yaşayış evində aşkarlanan ər və arvadın ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.

"Report"un əldə etdiyi məlumata görə, meyitlər bu gün qonşular tərəfindən aşkar edilib.

Belə ki, 1963-cü il təvəllüdlü Şikarov Ağadadaş İxtiyar oğlunun və həyat yoldaşı, 1977-ci il təvəllüdlü Şikarova Mehparə Cahangir qızının meyitlərini qonşular evə baş çəkərkən aşkarlayıblar.

Onların meyitlərində gedən çürümə prosesinə görə bir neçə gün öncə öldükləri ehtimal edilir.

Qonşuların sözlərinə görə, mərhumların övladları olmayıb.

Hadisə ilə bağlı rayon Cəlilabad rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Son xəbərlər
Bütün xəbərlər »