Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Litva Ukraynaya "M-577" zirehli transportyorlar verib
Litva Ukraynaya "M-577" zirehli transportyorlar verib

Vilnüs "M-577" zirehli transportyorlarının partiyasını Kiyevə təhvil verib.

Bizimyol.info xəbər verir ki, bu barədə Baltikyanı Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.

"Ukraynaya kömək etmək bizim strateji məqsədimizdir. Bizim və müttəfiqlərimiz tərəfindən ötürülən silah və texnika Ukraynanın hərbi ehtiyaclarını ciddi şəkildə ödəyir", - deyə mesajda müdafiə naziri Laurinas Kasciunasın sözlərindən sitat gətirilir. Təhvil verilən avadanlığın sayı dəqiqləşdirilməyib.

Nazir xatırladıb ki, mart ayında Litva Kiyevə 155 mm çaplı mərmi verib, həmçinin Çexiyanın Ukrayna ordusunu sursatla təmin etmək təşəbbüsü çərçivəsində 35 milyon avro ayırıb.

Vilnüs Ukraynaya hərbi dəstək planı hazırlayıb və ona əsasən, 2024-2026-cı illərdə bu, ən azı 200 milyon avro təşkil edəcək. Münaqişə başlayandan bəri Litva Ukraynaya 605 milyon avro məbləğində hərbi yardım edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »