Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
13 may 2024-cü il tarixində Bakıda “Yeni Dəyər Zənciri” devizi ilə “Təchizat Zənciri Liderləri Zirvəsi” keçiriləcək!
13 may 2024-cü il tarixində Bakıda “Yeni Dəyər Zənciri” devizi ilə “Təchizat Zənciri Liderləri Zirvəsi” keçiriləcək!

Ölkəmizdə təchizat zənciri və onun iştirakçıları arasında effektiv əlaqələrin inkişafı istiqamətində bilik və təcrübələrin paylaşılması üçün “Təchizat Zənciri Liderləri Zirvəsi” “Facemark” və “Admedia” şirkətlərinin təşkilatçılığı ilə Bakıda 13 may 2024-cü il tarixində təşkil olunacaqdır. “Yeni Dəyər Zənciri” devizi ilə “Gülüstan” sarayında keçiriləcək tədbir bütöv günü əhatə etməklə 600-dək peşəkar mütəxəssisi, dövlət və özəl sektordan olan təchizat, satınalmaq rəhbərləri, logistika, daşınma, nəqliyyat sferası da daxil olmaqla kiçik, orta və böyük şirkətlərin əsas alıcı və satıcılarını bir araya toplayacaq.

Zirvənin rəsmi media tərəfdaşı Bizimyol.info xəbər verir ki, tədbirin məqsədi təchizat zənciri sistemlərinin inkişafına təkan vermək, mövzusu, spikerləri, keçirilmə formatı, tətbiq etdiyi yenilikləri ilə təkcə ölkəmizdə deyil, beynəlxalq aləmdə də təchizat mərkəzinə çevrilmənin nəzəri və praktiki yollarının müzakirə ediləcəyi platforma rolunu oynamaqdır.

Tədbirdə günboyu gedəcək müzakirələr zamanı əsas diqqət ediləcək məsələlər;

  • Daha dayanıqlı təchizat zəncirinin dünyaya və təşkilarlara gətirəcəyi faydalar
  • Təchizat sistemində olan prosesləri tək bir sistem olaraq diqqətə alıb, amma fərqli perspektivlərdən baxaraq qazanmaq
  • Ölçülə bilən fəaliyyətlərin effektivliyi necə artıracağını müəyyən etmək
  • Avtomatlaşma və digitallaşma ilə proseslərin yenidən dizayn olunması
  • Dövlət – özəl müəssisələr arasında qarşılıqlı səmərəli əməkdaşlıq mühiti
  • Təchizat zənciri iştirakçıları ilə prosesin rəqəmsallaşması istiqamətləri
  • Rəqabət mühitində şəffaflıq və effektivliyin təmini

Peşəkar moderator və spikerlərin iştirakı ilə keçiriləcək tədbir bir bütöv günü əhatə etməklə 3 panel müzakirəsi formatında planlaşdırılır. “Dövlət satınalmaları: Rəqabətdə Şəffaflıq”,  “Təchizat Zəncirinin Strateji İdarəedilməsi” və “Təchizat Zənciri: Gələcəyin Dizaynı” panelləri üzrə interaktiv formada əsas müzakirələr aparılacaqdır.

“Təchizat Zənciri Liderləri Zirvəsi”nə bilet əldə etmək və tədbirlə bağlı ətraflı məlumat əldə etmək üçün tədbirin rəsmi saytına keçid edə və sosial media hesablarımızdan ətraflı məlumatı əldə edə bilərsiniz.

“Azersun” holdinqin baş sponsorluğu ilə keçirilən tədbirdə eyni zamanda 400-dən çox şirkətin iştirakı gözlənilir.

Son xəbərlər
Bütün xəbərlər »