Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna Rusiya bazasını dronlarla vurub
Ukrayna Rusiya bazasını dronlarla vurub

Ukraynada iki ildən artıqdır ki, müharibə tam sürətlə davam edərkən, bu səhər Rusiya Rostovdan gələn xəbərlə ayılıb. Ukrayna pilotsuz təyyarələri Rusiyanın Rostov vilayətindəki hərbi hava limanına hücum edib.

Bizimyol.info xəbər verir ki, bölgədən ilk şəkillər sosial şəbəkələrdə yayımlanıb.

Rusiya prezidenti Putinin 2022-ci ilin fevralında verdiyi sərəncamla başlayan qanlı müharibə Moskvanın istədiyi istiqamətdə getmir. Müharibə tam sürətlə davam edərkən, heç bir tərəfin qəti qələbə qazana bilmədiyi bir mərhələdə Rusiyadan dünyanın gündəmində olan bir açıqlama gəldi.

Ukrayna pilotsuz təyyarələri Rusiyanın Rostov vilayətindəki Morozovsk hərbi hava limanına hücum edib. Şahidlərin bildirdiyinə görə, hücumda çoxlu sayda pilotsuz uçuş aparatı iştirak edib və 60-dan çox partlayış olub.

Sözügedən hücumdan sonra bir çox rayonda elektrik şəbəkəsi sıradan çıxıb. Rostov vilayətinin qubernatoru Qolubev Morozovsk vilayətində "genişmiqyaslı hücum" olduğunu təsdiqləyib. Qubernator bildirib ki, Rusiya hava hücumundan müdafiə bölmələri hücumu dəf edib.

Qolubevin ilkin açıqlamasına görə, hava hücumundan müdafiə şəbəkəsi Morozovsk vilayətində 40-dan çox hədəfi məhv edib. Qolubev həmçinin bildirib ki, elektrik yarımstansiyası zədələnib və elektrik enerjisi verilişi bərpa olunacaq.

Sosial mediada yayımlanan görüntülərdə Rusiyanın hava hücumundan müdafiə sistemlərinin atdığı raketlər və dərhal sonra baş verən partlayışlar açıq şəkildə görünür.

Bu, Ukraynanın bu bazaya ilk hücum cəhdi deyil. Dekabr ayında pilotsuz təyyarələr cəbhə təyyarələrinin yerləşdiyi Morozovskdakı hərbi hava limanına hücum etməyə cəhd göstərib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »