Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Naxçıvan Penitensiar Xidmətin rəisi 10 il azadlıqdan məhrum edildi, general rütbəsi alınır
Naxçıvan Penitensiar Xidmətin rəisi 10 il azadlıqdan məhrum edildi, general rütbəsi alınır

Naxçıvan Muxtar Respublikasının (MR) Penitensiar Xidmətinin keçmiş rəisi, 2022-ci ilin noyabrından həbsdə olan Tofiq Həsənovun məhkəməsi başa çatıb. Aprelin 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində onunla bağlı hökm çıxarılıb.

Bizimyol.info xəbər verir ki, hakim Hüseyn Məmmədovun sədrliyilə çıxarılan hökmə əsasən, Tofiq Həsənov 10 il azadlıqdan məhrum edilib. Məhkəmə həmçinin onun general-mayor rütbəsindən məhrum edilməsi üçün təqdimat göndərilməsinə qərar verib.

Tofiq Həsənova qarşı Cinayət Məcəlləsinin 179 (mənimsəmə və ya israfetmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311-ci (rüşvət alma) maddələrilə ittiham irəli sürülmüşdü.

Məhkəmə mənimsəmə ittihamı üzrə dəymiş ziyanın ödənilməsinə görə bu ittihama xitam verib. Tofiq Həsənov digər ittihamlarla təqsirli bilinib.

Tofiq Həsənov məhkəmədə ifadəsində ittihamları qismən qəbul etdiyini bildirib.

Tofiq Həsənov 2016-cı ilin sentyabrında Naxçıvan MR Penitensiar Xidmətinin rəisi təyin olunub. O, bu vəzifəyə təyin olunandan az sonra - 2017-ci ilin noyabrında Prezident İlham Əliyevin sərəncamıyla general-mayor rütbəsi alıb.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »