Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Netanyahu: "İsrail Qəzzada səhvən günahsız insanları hədəfə alıb"
Netanyahu: "İsrail Qəzzada səhvən günahsız insanları hədəfə alıb"

İsrail qüvvələri Qəzza zolağında səhvən bir qrup "günahsız insanı" hədəfə alıb.

Bizimyol.info xəbər verir ki, bunu Yəhudi Dövlətinin Baş naziri Benyamin Netanyahu öz ofisinin yaydığı videomüraciətində etiraf edib.

“Təəssüf ki, son sutka ərzində bizim qüvvələrimiz Qəzza zolağında səhvən günahsız insanları hədəfə aldığı faciəli hadisə baş verib”, - deyən hökumət başçısı gələcəkdə belə halların qarşısını almaq üçün hər şeyi edəcəyinə söz verib.

Eyni zamanda, Netanyahu hansı hadisədən danışdığını dəqiqləşdirməyib. Bu arada, İsrail Müdafiə Qüvvələri daha əvvəl “World Central Kitchen” humanitar təşkilatına əməkdaşlarının avtomobilinin Qəzza zolağında vurulmasından sonra həlak olması ilə əlaqədar başsağlığı verib və hadisənin şəraiti ilə bağlı hərtərəfli araşdırma aparacağına söz verib. İsrailin xarici işlər naziri İsrael Katz da təşkilata başsağlığı verib.

Çərşənbə axşamı günü müxtəlif təbii fəlakətlərin qurbanlarını pulsuz yeməklə təmin edən humanitar təşkilat olan "World Central Kitchen" Qəzza zolağının mərkəzində, Deyr əl-Bələhin cənubundakı maşının vurulması nəticəsində işçilərinin həlak olduğu xəbərini alıb. Ölənlər arasında dörd əcnəbi - Avstraliya, Böyük Britaniya, İrlandiya və Polşa vətəndaşları da var.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »