Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Cənubi Qafqazda Ermənistan üzərindən möhkəmlənməyi hədəfləyən Qərb yeni bəhanə axtarır"
"Cənubi Qafqazda Ermənistan üzərindən möhkəmlənməyi hədəfləyən Qərb yeni bəhanə axtarır"

“Məlum məsələdir ki, son zamanlar Ermənistan mətbuat orqanlarında bilərəkdən hazırda qəbul olunmuş sərhəddə hərəkətlənmənin olduğu, qısaca Azərbaycanın yeni bir müharibəyə hazırlaşdığını iddia edir. Təbii ki, bu iddia erməni rəhbərliyinin yeni müharibə ssenarisinin tərkib hissəsidir”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Müşfiq Cəfərov danışıb. Deputatın sözlərinə görə, təsadüfi deyil ki, Ermənistanın bu iddiasını manşetlərə daşıyan Qərb mediası bundan anti-Azərbaycan kampaniyasında geniş şəkildə istifadə etməyə başlayıb.

Müşfiq Cəfərov Müşfiq Cəfərov

Deputatın fikirncə, burada əsas məqsəd Ermənistanın təxribata keçməmişdən öncə beynəlxalq ictimai rəyi “hücum edən tərəf Azərbaycandır” istiqamətinə yönəltməkdir.

“2023-cü ilin sentyabrında Qarabağda erməni separatizminin ləğvi Qərbin bölgədəki proseslərə müdaxilə üçün istifadə etdiyi kartın əlindən çıxması ilə nəticələndi. Buna görə də Cənubi Qafqazda Ermənistan üzərindən möhkəmlənməyi hədəfləyən Qərbə yeni əsaslar lazımdır. Bu səbəbdən də Qərb ənənəvi planı olan “qurban” rolunda Ermənistandan istifadə edir”-deyən deputat vurğulayıb ki, amma bütün hallarda, əgər Ermənistan müttəfiqlərinə güvənib təxribata cəhd etsə mütləq cavabını alacaq.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »