Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Əl-Əqsa tufanı" xalqımızın öz torpaqlarını müdafiə etməsi prosesinin davamıdır - HƏMAS
"Əl-Əqsa tufanı" xalqımızın öz torpaqlarını müdafiə etməsi prosesinin davamıdır - HƏMAS

Həmas Hərəkatı oktyabrın 7-də İsrailə qarşı başladılan "Əqsa tufanı" hücumlarının Fələstin xalqının öz torpaqlarını müdafiə prosesinin davamı olduğunu və "işğalçılara qarşı müqavimət atəşini yandırmağa davam edəcəklərini" bəyan edib.

Bizimyol.info "trthaber"ə istinadən xəbər veir ki, bu barədə HƏMAS 30 Martda qeyd olunan "Torpaq Günü" ilə bağlı "Telegram" səhifəsində yazılı açıqlama verib.

Açıqlamada: “Torpaq Gününün Fələstin xalqının tarixində əbədi olaraq milli simvol və mübarizədə şərəfli dönüş nöqtəsi olacağı vurğulanıb və azadlıq, qayıdış haqqı və qanuni hüquqlar bərpa olunana qədər mübarizə davam edəcək”, - deyə qeyd edilib.

Bəyanatda "Əl-Əqsa tufanı"nın Fələstin xalqının öz torpaqlarını müdafiə prosesinin davamı olduğu qeyd edilib: “Xalqımız işğala, faşist hökumətinə və onların mühacir dəstələrinə qarşı müqavimət odunu yandırmaq üçün davam edən səfərində Vətənin hər yerində əzmkarlıq, fədakarlıq və itaətkarlıq üçün Torpaq Günündən ilham alır. Müqavimət atəşi hərtərəfli azadlıq əldə olunmayana və paytaxtı Qüds olan tam suveren Fələstin dövləti qurulmayana qədər sönməyəcək.

Qəlblərdə duran tarixi Fələstin torpağı, Qüds və Əl-Əqsa sionist düşmənlə mübarizənin mərkəzindədir. Onları azad etməyin yolu ancaq milli birliyi gücləndirmək və sionist düşmənə qarşı hərtərəfli müqavimət seçimini kökləməkdən keçir”, - deyə qeyd edilib.

Bəyanatda vurğulanıb ki, paytaxtı Qüds olan Fələstin dövlətinin qurulması, Fələstin torpaqlarının işğalına son qoyulması, Məscidül-Əqsa və Qüdsün azad edilməsi təkcə Fələstin xalqının məsuliyyəti deyil, bu həm də bütün İslam ümmətinin, ərəb dünyasının və dünyanın bütün azad insanlarının çiynində tarixi bir məsuliyyətdir.

HƏMAS tezliklə Fələstin xalqı ilə hər cür həmrəylik və dəstəyi artırmağa, Qəzza zolağında müharibəni dayandırmaq üçün İsrailə təzyiq göstərməyə çağırıb.

Fələstin Torpaq Günü

30 mart 1976-cı ildə İsrail ölkənin şimalındakı Qaliley bölgəsində yaşayan Fələstinli İsrail vətəndaşlarına məxsus minlərlə hektar ərazini ələ keçirib. Fələstin xalqı bu qəsbkarlığa etiraz olaraq ümumi tətilə çıxıb və nümayişlər keçirib.

İsrail polisi nümayişlərdə iştirak edən fələstinlilərə atəş açıb, nəticədə 6 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

“Torpaq günü” kimi tanınan bu hadisə İsrail və Fələstin arasında münaqişənin mənbəyi olan torpaq və vətənlə bağlı fələstinlilərin müqavimətinin simvolu hesab olunur.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »