Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Ukraynanı ilk dəfə ağır "ODAB-1500" hava bombası ilə vurdu - “Bild”
Rusiya Ukraynanı ilk dəfə ağır "ODAB-1500" hava bombası ilə vurdu - “Bild”

Rusiya Federasiyasının Ordusu ağır "ODAB-1500" hava bombası ilə ilk dəfə Ukraynanı vurdu. Bomba düşəndən sonra ərazidən səmaya 1 km hündürlükdə tüstü buludu qalxıb.

Bizimyol.info xəbər verir ki, “Bild” nəşri yazır ki, ruslar Sumı rayonunun Velikaya Pisarevka kəndinə belə bir bomba atıblar.

Açıq məlumatların təhlili üzrə ekspert Julian Röpke: “Əhalinin məskunlaşdığı ərazidə 1,5 tonluq bombadan istifadə edərək hücum etmək - Rusiyanın Ukrayna şəhərlərinə qarşı müharibəsində etdiyi yeni aşağılıq göstəricidir”, - deyə qeyd edib.

Qeyd etmək lazımdır ki, həcmli partlayan hava bombası SSRİ dövründən qalan termobarik mərmidir, hədəfdən təxminən 10 metr əvvəl aerozol şəklində yanan bir qarışıq buraxır və onu alovlandırır - həcmli partlayış baş verir.

Bu tip döyüş sursatları klassik döyüş sursatlarından daha böyük dağıdıcı gücə malikdir. İşğalçılar əvvəllər 170 kiloqramdan 500 kiloqrama qədər "ODAB"dan istifadə edirdilər.

Hərbi-siyasi müşahidəçi Aleksandr Kovalenko rus işğalçılarının Velikaya Pisarevkada ilk dəfə olaraq "ODAB-1500" bombalarından istifadə etdiyini bildirib. Onun sözlərinə görə, bu, Sumi rayonunda belə güclü bombanın təsdiqlənmiş ilk istifadəsidir. Kovalenko qeyd edib ki, "ODAB-1500"lərin zərər çəkmiş sahəsi 500 kv.metrdir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »