Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BMT-nin baş katibi Quterreş ŞKTC Prezidenti Tatarı aprelin 5-də New Yorkda görüşə dəvət edib
BMT-nin baş katibi Quterreş ŞKTC Prezidenti Tatarı aprelin 5-də  New Yorkda görüşə dəvət edib

Brüsseldə Yunanıstan lideri Nikos Hristodulidislə görüşdən sonra BMT-nin baş katibi Antonio QuterreşŞimali Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) prezidenti Ersin Tatarı Nyu Yorka dəvət edib.

Bizimyol.info xəbər verir ki, Tatar baş katibə Kipr türklərinin suveren bərabərliyini tanımadan masaya oturmayacağına dair qərarında israrlı olduğunu söyləyəcək.

Quterreşin dəvəti Tatarın BMT-yə “Baş katib Yunanıstan lideri ilə görüşüb, o da bərabərlik çərçivəsində Türkiyə lideri ilə görüşməlidir” xəbərdarlığından sonra gəlib. Quterreş prezident Ersin Tatarla əlaqə saxlayıb və onlar aprelin 5-də Nyu Yorkdakı BMT binasında görüşmək qərarına gəliblər.

Tatar görüşdə Kipr türk tərəfinin suveren bərabərliyi tanınmayınca BMT çərçivəsində Rumlarla heç bir danışıqlar masasına oturmayacağını və Kiprli Rumların istədiyi kimi bir federasiya razılaşma çərçivəsində danışıqları qəbul etməyəcəyini söyləyəcək.

Tatar və Quterreş fevral ayında Kiprə gələn və qarant ölkələr Türkiyə, Yunanıstan və İngiltərəyə səfər etdikdən sonra adada danışıqların ikinci raundunu keçirən Quterreşin şəxsi nümayəndəsi Maria Angela Holguin Cuellar ilə də təmaslarını müzakirə edəcəklər. Türkiyə tərəfi BMT nümayəndəsi qadın diplomatdan tərəflər arasında danışıqlar üçün ortaq əsasın olmadığına dair hesabat hazırlamasını gözləyir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »