Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Zəhərli" əlaqə nədir? Zəhərli əlaqəni necə müəyyən etmək olar? Zəhərli əlaqədən necə qurtulmaq olar?
"Zəhərli" əlaqə nədir? Zəhərli əlaqəni necə müəyyən etmək olar? Zəhərli əlaqədən necə qurtulmaq olar?

Cütlərin tez-tez qarşılaşdıqları, lakin uzun müddət fərqinə varmadığı, fərq etsələr də heç bir şey edə bilməyən bir əlaqə növü olan toksik əlaqələr haqqında məlumat maraq doğurur. Bir və ya hər iki cütlüyün məruz qaldıqları müxtəlif zehni, fiziki və emosional amillərdən asılı olaraq qarşılaşdıqları zəhərli əlaqə haqqında tədqiq edilmiş təfərrüatları paylaşırıq.

Münasibətdə olan insanların çox çətin bir prosesdən keçməsinə səbəb olan toksik əlaqələr ən çətin və ən çox rast gəlinən əlaqələr növlərindəndir.

Zəhərli əlaqə nədir?

İnsanı emosional, fiziki və əqli cəhətdən tükəndirən münasibət növlərindən biri kimi ifadə edilən toksik əlaqə tərəflərin bir-birindən uzaqlaşmasına səbəb ola bilər. Cütlüklər bir-birlərini çox sevsələr də, dəyərləri, düşüncələri və ya həyat baxışları tamamilə zidd olan bir əlaqə toksik əlaqənin ən böyük nümunələrindən biridir. Davamlı olaraq bir-birilərinə zərər versələr də, cütlərin bir-birindən heç vaxt ayrıla bilməyəcəyi və ayrılıq fikrinin üstündən keçə bilməyəcəyi bu münasibət hər iki tərəf üçün də yaxşı nəticə verməyə bilər.

Bir əlaqənin zəhərli olub olmadığını necə müəyyən etmək olar?

Cütlüklər bəzən münasibətlərinin bitmə nöqtəsində olduğunu, başqa sözlə, zəhərli bir əlaqədə olduğunu dərk edə bilmirlər. Əgər tərəf müqabiliniz zarafat da olsa, tez-tez təhqir və aşağılayıcı ifadələr işlədirsə, etdiyiniz hər bir hərəkət üçün qarşı tərəfdən icazə almağınız lazımdırsa, əgər özünüzü sosial dairənizdən təcrid etmisinizsə, münasibətinizdə xoşbəxt olmaq əvəzinə özünüzü yorğun və depressiv hiss edirsinizsə, əgər münasibətlərin hər an bitəcəyinə dair paranoyak hiss edirsinizsə, zorakı hərəkətlərə qarşı susursunuzsa, zəhərli bir əlaqənin içindəsiniz.

Yuxarıda qeyd olunan davranışlar əlaqənizin toksik əlaqə səviyyəsinə çatdığını göstərə bilər. Bunun üçün fərdi və ya cütlük olaraq bir mütəxəssisdən kömək ala bilərsiniz.

Zəhərli münasibətdən necə qurtulmaq olar?

Münasibətinizin zəhərli olduğunu başa düşürsünüz, amma nə edəcəyinizi bilmirsiniz. Hisslərinizə tabe olmayın. Bir müddət ayrı qalmağa çalışın. Nəzarəti ələ almağa çalışın. Uğur qazana bilmirsinizsə, mütləq mütəxəssisdən kömək alın. Bunun üçün təkcə özünüzü günahlandırmayın. Xatirələrinizi bir kənara qoyun. Əgər onu düzəldə bilmirsinizsə, özünüzlə barışın və vəziyyəti qəbul edin. Sosial dairənizə və fəaliyyətinizə daha çox vaxt ayırın.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »