Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aprelin 8-də baş verəcək Günəş tutulmasının Yer kürəsini məhv edəcəyi iddiası və işin həqiqəti
Aprelin 8-də baş verəcək Günəş tutulmasının Yer kürəsini məhv edəcəyi iddiası və işin həqiqəti

Aprelin 8-də baş verəcək Günəş tutulmasının Yer kürəsini məhv edəcəyi iddiası sosial şəbələlərdə dolaşmağa başlayıb. Ancaq belə bir şey olmayacaq. Bəs fürsətçilər niyə belə yalan iddialar yayırlar?

Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, aprelin 8-də ABŞ-ın şərq hissəsindən və Kanadanın cənub-şərqindən görünəcək Günəş tutulması baş verəcək. Təxminən 44 milyon insan bu hadisənin şahidi olacaq. Ancaq bəzi istifadəçilər, xüsusən də "TikTok"da bu hadisədən qəribə mənalar çıxarmağa çalışırlar. Bəziləri Günəş tutulmasının Yerin sonunu gətirəcəyini iddia edirlər.

"TikTok"da belə bir iddianın yayılmasının səbəblərindən biri İslamda da yeri olan Yunus peyğəmbərdir. Xristianlar Yunus peyğəmbərin göndərildiyi Ninova adlanan bölgənin aprelin 8-də baş verəcək Günəş tutulmasının görünə biləcəyi yerlərlə uyğunlaşdığına inanırlar. Halbuki bu inanc yalnışdır. Çünki İslam anlayışına görə Neynəva bölgəsi Dəclə çayının sahilindədir. Xristian din alimləri deyirlər ki, Ninevanın Günəş tutulmasından təsirlənəcək bölgə ilə heç bir əlaqəsi yoxdur.

İddiaların həm də maliyyə ölçüsü var!

"TikTok"da yayılan digər iddia isə bu günəş tutulmasının qlobal enerji problemlərinə səbəb olacağıdır. Bunun nədən qaynaqlandığını araşdıran həmkarlarımız müəyyən ediblər ki, iddianı yaymağa çalışan şəxslərdən biri normal həyatında akkumulyator, fənər, kimi məhsullar satır. Deməli, insanları qorxudaraq pul qazanmağa çalışanlar var.

Keçmişdə saysız-hesabsız günəş tutulmaları olub, hansında yox olmuşuq?

Yerdəki həyatın Günəş tutulması ilə bitəcəyini düşünmək məntiqli yanaşma deyil. Çünki keçmişdə dəfələrlə günəş tutulması baş verib və bunların heç birində Yer kürəsi dağılmayıb. Bu təbiət hadisəsi Ayın Günəşlə Yer arasında gəlməsi ilə əlaqədardır.

Tutulma zamanı Günəşin çox hissəsi görünmür. Nəticədə ortaya çıxan görüntü olduqca təsir edicidir.

Aprelin 8-də belə olacaq. Bu cür müxtəlif  nəzəriyyələrlə qarşılaşsanız, onlara inanmayın...

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »