Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İsrail Şifa xəstəxanasına hücum zamanı 200-ə yaxın fələstinlini öldürüb" - Media
"İsrail Şifa xəstəxanasına hücum zamanı 200-ə yaxın fələstinlini öldürüb" - Media

İsrail ordusu Qəzza zolağında Şifa xəstəxanasına basqın zamanı indiyədək təxminən 200 fələstinlinin öldürüldüyünü açıqlayıb.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, İsrail ordusundan verilən yazılı açıqlamaya görə, ordu qüvvələri və Daxili Təhlükəsizlik Təşkilatı Şin-Bet (Şabak) Şifa xəstəxanası ərazisindəki "əməliyyatları" davam edir.

Martın 18-dən etibarən xəstəxana və ətrafına edilən basqın nəticəsində indiyədək 200-ə yaxın fələstinlinin öldürüldüyü bildirilib.

İsrail ordusunun Qəzzanın cənubundakı Xan Yunus şəhərinin Əl-Karara və Amal bölgələrində hücumlarını davam etdirdiyi qeyd edilib. Əmal bölgəsində indiyədək onlarla fələstinlinin həyatını itirdiyi bildirilir.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 14 min 280-i uşaq, 9 min 340-ı qadın olmaqla 32 min 490 fələstinli həlak olub, 74 min 889 nəfər isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktura hücumlar da məhv edilir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »