Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putindən Ukraynaya veriləcək "F-16"larla bağlı xəbərdarlıq: "Onlar qanuni hədəfə çevriləcək"
Putindən Ukraynaya veriləcək "F-16"larla bağlı xəbərdarlıq: "Onlar qanuni hədəfə çevriləcək"

Rusiya prezidenti Vladimir Putin Ukraynaya veriləcək "F-16" döyüş təyyarələrinin Rusiyaya qarşı üçüncü ölkələrin hava limanlarından istifadə edəcəyi təqdirdə harada olurlarsa olsunlar qanuni hədəf olacağını bildirib.

Bizimyol.info xəbər verir ki, Putin Rusiya Müdafiə Nazirliyinin Tver vilayətində ordu aviasiya təlim mərkəzinə baş çəkib. Burada hərbi pilotlarla söhbət edən Putin Rusiya ordusunun aviasiya bölməsinin Ukraynadakı münaqişələrdə mükəmməl işlədiyini və nəticəyə töhfə verdiyini bildirib.

Dəfələrlə döyüş təyyarəsi ilə uçduğunu və döyüş təyyarəsi pilotlarının işinin çətin olduğunu bildirən Putin Rusiyanın "Su-34" bombardmançı, "Su-30" və "Su-57" yeni model döyüş təyyarələrinin münaqişə bölgəsində çox yaxşı fəaliyyət göstərdiyini qeyd edib.

Qərb ölkələrinin Ukraynaya "F-16" qırıcıları vermə planını və ukraynalı pilotların hazırlanmasını şərh edən Putin: "Bu, münaqişə sahəsində heç nəyi dəyişməyəcək. Bu gün tankları, zirehli texnikaları və digər hərbi texnikanı, o cümlədən çoxsaylı buraxılış sistemlərini məhv etdiyimiz kimi ("F-16" modeli) təyyarələri də məhv edəcəyik", - deyib.

"F-16" döyüş təyyarələrinin nüvə silahı daşıma qabiliyyətinə malik olduğuna diqqət çəkən Putin, bu təyyarələrlə döyüşərkən bunu nəzərə alacaqlarını bildirib. Ukraynaya veriləcək bu təyyarələrin NATO hava limanlarından istifadə ediləcəyi təqdirdə nə ediləcəyinə aydınlıq gətirən Rusiya lideri Putin: "Təbii ki, bu təyyarələr üçüncü ölkələrin hava limanlarından istifadə edilərsə, harada olurlarsa olsunlar bizim üçün onların yerləşdiyi obyektlər qanuni hədəfə çevriləcəklər", - deyə qeyd edib.

Putin ABŞ-ın müdafiə xərclərinin Rusiyadan çox olduğuna diqqət çəkərək, Rusiyanın NATO ilə döyüşməyi planlaşdırdığı iddialarının absurd olduğunu bildirib. Putin Rusiyanın Baltikyanı ölkələrə və Polşaya mümkün hücumunu da “cəfəngiyyat” adlandırıb.

Bəzi şovinistlərin “Rusiya ancaq ruslara məxsusdur” ifadələrindən narahat olduğunu bildirən Putin belə insanların hər yerdə və hər cəmiyyətdə olduğunu bildirib. Bu cür ritorikanı ifadə etməzdən əvvəl ehtiyatlı davranılması lazım olduğuna işarə edən Putin: “Rusiyanın yalnız ruslar üçündür deyəndə narahat oluram. Ölkə ərazisində 190 etnik qrupun yaşadığını və bəzi millətlərin milyonlarla insan tərəfindən təmsil olunduğunu nəzərə alsaq, burada hamının yad olması ilə bağlı bu dağıdıcı fikirləri həyata keçirməyə başladığımız andan etibarən ölkəni məhv edəcəyik və əsl qurban rus xalqı olacaq”, - deyib.

Rusiyanın çoxmillətli və çoxkonfessiyalı bir ölkə olduğunu heç vaxt unutmamaq lazım olduğunu vurğulayan Putin bu mövzuda diqqətli olmağın vacibliyini vurğulayıb. Putin: “Biz bacı-qardaşlarımıza, başqa dinlərə mənsub olanlara, yəni müsəlmanlara, yəhudilərə və başqalarına həmişə hörmətlə yanaşmalıyıq və bunu artıq edirik”, - deyə bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »