Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cinpinq: "Bəşəriyyətin gələcəyi Çin və ABŞ arasındakı münasibətlərdən asılıdır"
Cinpinq: "Bəşəriyyətin gələcəyi Çin və ABŞ arasındakı münasibətlərdən asılıdır"

"Çin və ABŞ arasında münasibətlərin xarakteri təkcə iki ölkə xalqlarının rifahına deyil, həm də bəşəriyyətin gələcəyinə təsir göstərir".

Bizimyol.info xəbər verir ki, bunu Pekində Böyük Xalq Zalında Amerika işgüzar dairələrinin nümayəndələri ilə keçirilən görüşdə Çin sədri Si Cinpinq deyib.

“İki ölkə xalqlarının rifahı, eləcə də bəşəriyyətin gələcəyi və taleyi Çinlə ABŞ-ın əməkdaşlıq etməsindən və ya bir-birinə qarşı durmasından asılıdır”, - Çin Mərkəzi Televiziyası onun sözlərini sitat gətirir.

Çin Xalq Respublikasının sədri vurğulayıb ki, “nə qədər ki, hər iki tərəf bir-birini tərəfdaş hesab edir, bir-birinin maraqlarına hörmət edir, dinc yanaşı yaşayar və qarşılıqlı faydalı nəticələr üçün əməkdaşlıq edərsə, ikitərəfli münasibətlər yaxşılaşacaqdır”.

Si Cinpinq həmçinin iki ölkə arasında cəmiyyətin bütün təbəqələrinin nümayəndələri arasında mübadilələrin intensivliyinin artacağına ümid etdiyini bildirib.

Onun sözlərinə görə, Çin və ABŞ düzgün strateji anlaşma yaratmalı, ikitərəfli münasibətlərin sabitləşdirilməsi sürətini saxlamalı və onların gələcək inkişafına kömək etməlidir: “Qlobal iqtisadiyyatın bərpasını təşviq etmək, həmçinin beynəlxalq, eləcə də regional böhranların həlli Çinlə ABŞ arasında koordinasiya və əməkdaşlıq tələb edir.

Birləşmiş Ştatlar və Çin Xalq Respublikası düzgün strateji anlaşma yaratmaq, həssas məsələləri düzgün həll etmək, Çin-ABŞ münasibətlərinin sabitləşdirilməsi sürətini saxlamaq, həmçinin Çin-ABŞ münasibətlərinin davamlı, sabit, sağlam inkişafını təşviq etmək üçün çalışmalıdır”, - deyə Çin Xalq Respublikasının sədri qeyd edib.

Çinin xarici işlər naziri Van Yi iclasda iştirak edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »