Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fermerin "gözləri yaşlı"... Satıla bilməyən, anbarlarda çürüyən soğanlar Azərbaycanı idxala "möhtac" edir
Fermerin "gözləri yaşlı"... Satıla bilməyən, anbarlarda çürüyən soğanlar Azərbaycanı idxala "möhtac" edir

Ağdam və Ağcabədidə tonlarla soğanın satıla bilmədiyinə görə anbarlarda çürüyüb, yararsız hala düşdüyü bir vaxtda Qazaxıstandan "şad" xəbər gəldi: Azərbaycan və Gürcüstana 160 min ton soğan ixrac ediləcək.

Bu haqda adıçəkilən ölkənin kənd təsərrüfatı naziri Aydarbek Saparov deyib. Nazirin dediyinə görə, hazırda bütün dünyada soğanın qiyməti ucuzlaşıb, ixrac isə azalıb: “Qazaxıstan əvvəlki illərdə 180 min ton soğan ixrac edirdi, bu il isə 117 min ton tədarük edilib. Yəni ixracın həcmi 70 min ton azalıb. Ona görə də qiymətdə azalma müşahidə olunur. Amma buna baxmayaraq işlərimizi davam etdiririk".

Bir neçə həftə öncə ölkə mətbuatında Ağdam və Ağcabədi rayonları üzrə topdan soğan satışı ilə məşğul olan şəxslərin şikayət videoları yayılıb. Onlar qeyd edirlər, soğanlar satıla bilmədiyinə görə anbarlarda çürüməyə tərk ediliblər və tonlarla soğan artıq yararsız hala düşüb.

Azərbaycanın soğan idxalına ehtiyacı varmı? Bu ehtiyacı yaradan səbəblər nələrdir?

Yerli fermerlərin məhsulları nə üçün satıla bilmir və anbarlarda çürüməyə tərk edilir?

Bəzi məlumatlara görə, həmin fermerlər müvafiq qeydiyyatdan keçmədiyinə görə, özləri və məhsulları "gözəgörünməz" olurlar.

Müvafiq qurumun sistemində fermer kimi qeydiyyatı olmayanların tonlarla məhsulu çürüməyə tərk edilməlidirmi? Öz torpağımızda yetişən və hətta satıla bilmədiyi üçün çürüyüb, yararsız hala düşən soğanı və onun aqibətini yaşayan digər kənd təsərrüfatı məhsullarını büdcədən pul israf edərək, xaricdən almağa dəyərmi?

Kənd Təsərrüfatı Nazirliyindən Bizimyol.info xəbər portalına verilən məlumatda bildirilir ki, hər il mart ayının sonunda bu soğan məsələsi gündəmə gəlir: "Bu, sahibkarlıq fəaliyyətidir və Kənd Təsərrüfatı Nazirliyinə aid bir məsələ deyil. Bir sahibkar gedib Gürcüstanda hansısa sahibkarla tanış olur və bildirir ki, soğan satmaq niyyətindədir, digəri də almağa razılıq verir. Beləcə, satıcı kənar bir ölkədən soğan gətirir, bu da idxal/ixrac göstəricilərinə daxil olur. Yəni bu, dövlət xətti ilə olacaq bir şey deyil. Azərbaycan və Qazaxıstan hökumətləri arasında soğan idxalına dair saziş imzalanmır və yaxud imzalana da bilməz".

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »