Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden növbəti dəfə çıxışında Putini təhqir edən ifadələr işlədib
Bayden növbəti dəfə çıxışında Putini təhqir edən ifadələr işlədib

ABŞ prezidenti Co Bayden yenidən Rusiya dövlət başçısı Vladimir Putinə qarşı təhqiramiz bəyanatla çıxış edib.

Bizimyol.info xəbər verir ki, Şimali Karolinada çıxış edən Bayden ABŞ milyarderlərinin vergilərini artırmaqla əlavə vəsait toplamaq imkanlarını müzakirə edib.

“Bizim edə biləcəyimiz çox vacib işlər var, o cümlədən, nəhayət, o qəssab Putindən qurtulmaq üçün Ukraynaya kömək etməliyik”,- deyə Bayden bildirib.

Fevralın 21-də Kaliforniyada seçki kampaniyası zamanı çıxış edən Ağ Ev sahibi iddia edib ki, Vaşinqton nüvə münaqişəsi təhlükəsindən daim narahat olmalıdır, çünki “bu Putin kimi hər cür sərsəm orospu övladlarının nəzarətindədir”.

Putin fevralın 22-də deyib ki, Bayden ABŞ-ın növbəti prezidenti kimi Rusiya Federasiyasına Donald Trampdan “daha ​​üstün olduğu” sözlərinə belə cavab verdi. Rusiya lideri "VGTRK" jurnalisti Pavel Zarubinin sualını cavablandırarkən Baydenin bu hücumlarını Putin yalnız özünün haqlılığının təsdiqi adlandırıb. Öz növbəsində, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Baydenin bu cür bəyanatları yalnız ABŞ-ın özünü təhqir edir və onlar üçün “böyük biabırçılıqdır”.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »