Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan Putinlə telefonla danışıb
Ərdoğan Putinlə telefonla danışıb

Prezident Rəcəb Tayyib Ərdoğan Moskvada baş verən terror aktından sonra Rusiya prezidenti Putinlə danışıb.

Bizimrol.info xəbər verir ki, Türkiyə Prezidentinin Əlaqələr İdarəsi prezident Rəcəb Tayyib Ərdoğan ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı apardığını açıqlayıb.

Əlaqələr İdarəsi görüşlə bağlı aşağıdakı açıqlamanı verib: "Görüş zamanı prezident Ərdoğan Moskvada baş verən terror aktı ilə bağlı dərin kədərləndiyini bildirib və cənab Putinə başsağlığı verib.

Prezident Ərdoğan günahsız insanları vəhşicəsinə hədəfə alan mənfur terror aktını ən sərt şəkildə qınayaraq Rusiya xalqına başsağlığı verib və səbr diləyib.

Görüşdə prezident Ərdoğan hücumun bölgədəki böhranlara ən qısa zamanda sülh yolu ilə son qoyulmasının vacibliyini nümayiş etdirdiyini, Türkiyənin heç bir güzəştə getməmək anlayışı üzrə Rusiya ilə terrorla mübarizə sahəsində əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »