Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qırğızıstanda ölkə rəhbərliyinə sui-qəsddə şübhəli bilinən 5 Azərbaycan vətəndaşı saxlanılıb
Qırğızıstanda ölkə rəhbərliyinə sui-qəsddə şübhəli bilinən 5 Azərbaycan vətəndaşı saxlanılıb

Bişkekdə Qırğızıstan rəhbərliyinə sui-qəsd hazırlamaqda şübhəli bilinən 5 Azərbaycan vətəndaşı saxlanılıb.

Bizimyol.info xəbər vrir ki, bu barədə mətbuata Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi (MTN) məlumat verib.

Komitədən verilən məlumata görə, saxlanılanların hamısı mütəşəkkil cinayətkar qrupların fəaliyyətində iştirak edir. Eyni zamanda, Milli Təhlükəsizlik Dövlət Komitəsi şübhəlilərin “dövlətlərarası axtarışda ola biləcəyini” ehtimal edir. Saxlanılanlar transmilli mütəşəkkil dəstələrin üzvləri siyahısına daxil olan V.M.Əliyev, S.A.Bağırov, M.O.Əsgərov, M.S.Behbudrov və Z.İ.Məmmədov olduqları bildirilir.

“Alınan əməliyyat məlumatlarına görə, Əsgərov kriminal aləmdə kriminal mühiti gücləndirmək və oğru ideologiyasını yaymaq məqsədi ilə “brodyaqa” adlanan şəxs statusuna malikdir. Statusunu artırmaqla yanaşı, dövlətin mütəşəkkil cinayətkar qruplara qarşı fəal mübarizə siyasəti ilə əlaqədar olaraq, ölkə rəhbərliyinə qarşı sui-qəsd təşkil etmək üçün müəyyən edilmiş şərikləri ilə Qırğızıstan Respublikasının ərazisinə gəlib”, - deyə mesajda qeyd olunub.

Qırğızıstanda güman edilir ki, şübhəli şəxslərin cinayət planları “Dövlət Təhlükəsizlik Komitəsinin məhbuslar, saxlanılanlar və azadlıqda olan şəxslər arasında cinayət ideologiyasından kütləvi şəkildə imtina və dövlət siyasətinin davam etdirilməsi istiqamətində həyata keçirdiyi fəaliyyətlər fonunda ortaya çıxıb”, bu da xarici kriminal liderlərin narazılığına səbəb olub.

“Yuxarıdakı şəxslərin hamısı saxlanılıb. Hazırda onların qanunvericiliyə uyğun məsuliyyətə cəlb edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir”, - deyə komitənin mesajında vurğulanıb. Milli Təhlükəsizlik Dövlət Komitəsi həmçinin hesab edir ki, Qırğızıstan xüsusi xidmət orqanlarının məlumatına görə, hazırda Azərbaycan ərazisində olan Qırğızıstan Gömrük Xidmətinin keçmiş rəis müavini Raiymbek Matraimovun bu işdə əli ola bilər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »