Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Neuralink" tərəfindən beyninə çip yerləşdirilən şəxs "X"də paylaşım edib
"Neuralink" tərəfindən beyninə çip yerləşdirilən şəxs "X"də paylaşım edib

Daha əvvəl kursoru hərəkət etdirərək beynindəki çiplə oyun oynadığı üçün gündəmə gələn şəxs indi "X" sosial platforma səhifəsində paylaşım edib.

Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, insan beyninə çip yerləşdirmək məşhur milyarder İlon Maskın illərdir danışdığı mövzudur. Son aylarda onun "Neuralink" şirkəti insan təcrübələri üçün təsdiq almağı bacardı və könüllülər axtarmağa başladı. İlk "Neuralink" xəstəsi də keçən ay sağalıb və hətta sərbəst düşünərək kompüter kursorunu idarə etməyə başladı.

Bu 29 yaşlı Nolan Arbaugh idi; O, əməliyyatın çox sadə olduğunu və hətta kompüterdə şahmat və "Sivilizasiya VI" oyunlarının oynanıldığını bildirib. Kursorun köməyi ilə oynanan bu oyunlardan sonra Arbaugh bir addım da irəli getməyi bacarıb. Çünki o, "X"də (Twitter) sərbəst düşünərək paylaşıb.

"Əvvəl "Twitter" məni bot hesab etdiyi üçün qadağan etdi; "X" və Elon Musk məni geri qaytardılar, çünki mən varam”, - deyə o yazıb.

Bu məqamda qeyd etmək yerinə düşər; Arbaugh, çiyinlərindən aşağı heç bir şeyi idarə edə bilməyən iflic olmuş bir insandır. Bu çip sayəsində düşüncə gücü ilə iflic həddini aşa bilib və internetdə paylaşım etmətə qədər irəliləyib. "Neuralink" bu üsulla gələcəkdə əlil və iflic olan şəxslərə daha çox imkanlar təqdim etməyə ümid edir. Bu məqsədə uyğun olaraq daha çox xəstəyə çatmaq və daha çox istehsal etmək üçün çalışdıqlarını da bildirir.

Şirkət, Arbaughun vəziyyəti ilə bağlı yeniləmələri "X"də paylaşmağa davam edəcəyini və bu çipin başqa hansı qapıları açacağına dair tez-tez açıqlamalar verəcəyini söyləyib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »