Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kişilərin yarısı "üfüqdəki" pensiyanı almadan dünyasını dəyişir... Sığorta kapitalı ədalətsiz bölünür
Kişilərin yarısı "üfüqdəki" pensiyanı almadan dünyasını dəyişir... Sığorta kapitalı ədalətsiz bölünür

Azərbaycanda kişilər üçün pensiya yaşı 65-dir. Qadınlar iyulun 1-dən 64 yaşında pensiyaya çıxacaqlar. 2026-cı ilin yayından onlar da bu kateqoriyada yer almaq üçün 65 həddinə çatmalıdırlar.

Bizimyol.info xəbər verir ki, hökumət ölkədə insanların orta hesabla 12 il pensiya aldığını iddia edir. Buna görə də sığorta kapitalının həcmi 144 yerə bölünür. Mütəxəssislər hesab edir ki, Azərbaycanda pensiya yaşı çox yüksəkdir. Bir çox sahələrdə insanların erkən pensiyaya çıxmaq hüququ tanınmalıdır. Başqa təcrübələrdən də bəhrələnmək olar. Məsələn, Türkiyədə pensiyanın bir illiyi həcmində birdəfəlik müavinət verilir.

Azərbaycandakı pensiya sistemində düyün nöqtəsi hökumətin yanlış hesablamalıdır. Hətta statistika aparmadan da əminliklə demək olar ki, bu ölkədə insanların böyük əksəriyyəti 12 il pensiya almır. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bu fikirlə razılaşmır. Onun iddiasına görə, başqa güzəştli təbəqələri də nəzərə alsaq, pensiya yaşının 62-ni keçmədiyini görəcəyik. Çox güman ki, nazir pensiya təyinatı zamanı çəkili orta yaş həddini nəzərdə tutur. Keçən il həddin 62,6 yaş təşkil etdiyi açıqlanmışdı.

Azərbaycanda orta ömür müddəti ilə bağlı hökumət rəsmiləri müxtəlif rəqəmlər səsləndirir. Bir müddət kişilərin orta hesabla 73,1, qadınların isə 77,8 il yaşadığı açıqlanmışdı. Yəni orta ömür müddətinin 76 civarında olduğu iddia edilir. Hətta bu rəqəmlər də hökumətin sığorta kapitalının həcminin bölünməsi ilə bağlı hesablama sisteminin doğru olmadığını ortaya qoyur. Məlumdur ki, ölkədə kişilərin yarısı pensiya yaşına çatmadan həyatdan köçür. Qadınların orta ömür müddəti də ən yaxşı halda müəyyən qismi 12 il müavinət almaq imkanı qazandığını göstərir. Deməli, sığorta kapitalının həcminin 144 yerə bölünməsi ədalətsizlikdir. Heç olmasa, 96 yerə bölünmək müzakirəyə çıxarılmalıdır. Hərçənd, bu ölkədə insanların orta hesabla 8 il pensiya alması da mübahisəli məsələdir.

Niyə belə vəziyyət yaranıb? Yalnız bir səbəb var. Hökumət insanlara mümkün qədər az pul ödəməyə çalışır. Az-çox qadınlar pensiya üzü görür. Onların da pensiya yaşı hər il artırılır. Baş verənlərin konkret açıqlaması odur ki, əhaliyə pul vermək istəmirlər.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »