Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qətər Qəzzada jurnalistlərin öldürülməsi ilə bağlı araşdırma aparılmasını istəyib
Qətər Qəzzada jurnalistlərin öldürülməsi ilə bağlı araşdırma aparılmasını istəyib

Qətər İsrailin 5 aydır hücumlarını həyata keçirdiyi Qəzza zolağında jurnalistlərə qarşı cinayətlərinin sürətli və müstəqil araşdırılmasına çağırıb.

Bizimyol.info "trthar"ə istinadən xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyinin İnsan Haqları Departamentinin katiblərindən biri Abdullah en-Nime BMT-nin İnsan Hüquqları Şurasının Cenevrədə keçirilən 55-ci sessiyası çərçivəsində “Jurnalistlərin müdafiəsi” mövzusunda çıxış edib.

Qətər diplomatı Nime: "2023-cü il oktyabrın 7-dən bu yana Qəzzada öldürülən jurnalistlərin sayı 130-u keçib. 16 jurnalist yaralanıb, 4-ü itkin düşüb, 25-i saxlanılıb", - deyə qeyd edib.

İsrail tərəfindən öldürülən jurnalistlərə işarə edən Nime: "Bu rəqəmlərin artma ehtimalı var. Bunlar müasir müharibələr tarixində jurnalistlər üçün ən böyük itkilərdir", - deyib. Nime beynəlxalq standartlara uyğun olaraq sürətli, müstəqil və qərəzsiz araşdırmaların aparılmasına, məsul şəxslərin bu pozuntulardan, eləcə də cinayətlərdən qaça bilməməsini təmin etməyə çağırıb.

Qəzza hökumətinin məlumatına görə, 2023-cü il oktyabrın 7-dən etibarən İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumlarda 133 jurnalist həyatını itirib. "AA"nın operatoru Muntasir əs-Səvvaf da 2023-cü il dekabrın 1-də İsrail ordusunun Qəzzaya hava hücumu zamanı həyatını itirib.

HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları 7 oktyabr 2023-cü il tarixində “Məscidül-Əqsa başda olmaqla fələstinlilərə və müqəddəs dəyərlərə qarşı davamlı pozuntulara cavab vermək” səbəbi ilə İsrailə geniş əhatəli hücuma keçib. İsrail oktyabrın 7-də baş verən hücumlarda 1200 israillinin öldüyünü, 5132 nəfərin yaralandığını bildirib.

İsrailin buna cavab olaraq Qəzza zolağına təşkil etdiyi hücumlarda ən azı 13 min 500-ü uşaq, 9 mini qadın olmaqla 31 min 490 fələstinli həlak olub, 73 min 439 nəfər isə yaralanıb. Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilib.

İsrail ordusu Qəzza zolağına hücumların başladığı oktyabrdan bu yana 591 əsgərinin öldürüldüyünü açıqlayıb.

7 oktyabr 2023-cü ildən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə İsrail qüvvələrinin və qeyri-qanuni yəhudi məskunlaşanların hücumları nəticəsində 434 fələstinli həyatını itirib.

İsrail ordusu ilə Hizbullah arasında 8 oktyabrdan bəri sərhəddə baş verən qarşıdurmalarda 232 Hizbullah üzvü, 51 Livanlı mülki, 11 Əməl Hərəkatı, 12 Həmas və 12 İslami Cihad üzvü, 6 İsrail vətəndaşı və 11 əsgər həlak olub.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »