Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ və İran yanvar ayında bölgədəki vəziyyətlə bağlı gizli danışıqlar aparıb - "NYT"
ABŞ və İran yanvar ayında bölgədəki vəziyyətlə bağlı gizli danışıqlar aparıb - "NYT"

"ABŞ və İran yanvarda Qırmızı dənizdəki vəziyyət və Qəzza zolağındakı münaqişə ilə bağlı gizli danışıqlar aparıb".

Bizimyol.info xəbər verir ki, bu barədə cümə günü "New York Times" ("NYT") öz mənbələrinə istinadən məlumat yayıb.

Mənbələrin nəşrə verdikləri məlumata görə görə, yanvarın 10-da Omanın paytaxtında gizli danışıqlar aparılıb. Nəşrin iddiasına görə, Vaşinqton Qırmızı dənizdə husilərin gəmilərə, İraq və Suriyadakı Amerika bazalarına hücumlarını dayandırmaq üçün İrana təsir etmək istəyib. Əvəzində Tehran ABŞ prezidenti Co Bayden administrasiyasından İsraildən Qəzza zolağında atəşkəs əldə etməyi xahiş edib.

Danışıqlar nəticə verməsə də, ABŞ rəsmisi bildirib ki, ABŞ gərginlik artsa belə, İranla dialoqa açıq olduğunu göstərmək istəyir. "NYT" qeyd edir ki, diplomatiya nəticə verməsə, Birləşmiş Ştatlar “güc tətbiq etməyə” hazırdır.

Vaşinqtonu Ağ Evin Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqurk və ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi vəzifəsini icra edən Abram Paley, Tehranı isə xarici işlər nazirinin müavini Əli Baqeri Kani təmsil edib. Danışıqlar barədə ilk dəfə Britaniyanın “Financial Times” qəzeti məlumat yayıb.

Qəzza zolağında münaqişənin şiddətlənməsindən sonra Ənsar Allah hərəkatı İsraili atəşə tutacağını və Fələstin anklavında əməliyyat dayandırılana qədər əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazı sularından keçməsinə icazə verməyəcəyini bildirib. Ötən il noyabrın ortalarından bəri husilər Qırmızı dəniz və Ədən körfəzində onlarla mülki gəmiyə hücum ediblər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »