Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qarabağ iqtisadi rayonundakı Rusiya hərbçilərinin prezident seçkilərindəki səsverməsi başa çatıb
Qarabağ iqtisadi rayonundakı Rusiya hərbçilərinin prezident seçkilərindəki səsverməsi başa çatıb

Rusiya Silahlı Qüvvələrində martın 14-də Rusiyada prezident seçkilərində erkən səsvermə başa çatıb.

Bizimyol.info xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, Şimal Hərbi Dairəsinin iştirakçıları, Suriya və Qarabağ iqtisadi rayonundakı hərbi qulluqçular da səsvermə hüququndan istifadə ediblər.

“Martın 14-də Rusiya Federasiyası Silahlı Qüvvələrində Rusiya Federasiyası Prezidentinin seçkiləri üçün vaxtından əvvəl səsvermə başa çatıb. Xüsusi hərbi əməliyyatda iştirak edən hərbi qulluqçular səsvermə hüququndan istifadə ediblər. Həmçinin Suriya Ərəb Respublikasında və Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda ucqar coğrafi məntəqələrdə döyüş növbətçiliyində olan, uzunmüddətli ezamiyyətdə olan, eləcə də tapşırıqları yerinə yetirən hərbi qulluqçular vaxtından əvvəl səs veriblər”, - deyə hərbi idarə bildirib.

Qeyd olunur ki, 2024-cü il fevralın 25-dən martın 14-dək olan müddətdə seçki komissiyalarının Rusiya Silahlı Qüvvələrinin hərbi qulluqçularının və mülki heyətinin ucqar yerlərinə çatdırılması üçün Rusiya Müdafiə Nazirliyinin aviasiya və dəniz nəqliyyatından istifadə edilib.

Hərbi idarə aydınlaşdırıb ki, bütün seçki məntəqələrində hərbi qulluqçular üçün vaxtından əvvəl səsvermə “Rusiya Federasiyası Prezidentinin Seçkiləri haqqında” federal qanuna uyğun olaraq keçirilib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »