Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ kəşfiyyatının hesabatı açıqlandı: Netanyahunun baş nazir olaraq qalması çətindir
ABŞ kəşfiyyatının hesabatı açıqlandı: Netanyahunun baş nazir olaraq qalması çətindir

İyirmi ildən artıqdır ki, İsraildə siyasətə hakim olan Netanyahu, belə demək mümkünsə, bu arenada qlmaq üçün mübarizə aparır. ABŞ kəşfiyyatının hesabatı İsraildə soyuq duşun təsirini göstərib. Hesabatda Netanyahunun mübarizəsinin təhlükə altında olduğu vurğulanıb.

Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2024-cü il İsrailin Baş naziri Benyamin Netanyahu üçün çətin bir başlanğıc olub.

Bazar ertəsi, yanvarın 1-də İsrail Ali Məhkəməsi Netanyahu hökuməti tərəfindən 2023-cü ildə qəbul edilmiş və ali məhkəmənin bəzi səlahiyyətlərini məhdudlaşdıran mübahisəli qanunu ləğv edib və ölkə daxilində geniş etirazlara səbəb olub.

HƏMAS-ın İsrail tarixinin ən böyük hücumunu həyata keçirməsi və İsrail ordusunun Qəzzaya ayrı-seçkilik etmədən hücum etməsindən sonra beynəlxalq arenada dəstəyini itirən Netanyahuya son zərbə ABŞ-dan gəlib. ABŞ kəşfiyyatının hesabatı açıqlaıb: "Netanyahunun baş nazir olaraq qalması çətindir", - deyə bildirilib. Milli Kəşfiyyat Müdirliyinin dərc etdiyi ABŞ kəşfiyyat hesabatında Qəzzadakı müharibə səbəbindən Benyamin Netanyahunun baş nazir kimi sağ qalması və koalisiyasının sabitliyinin təhlükə altında olduğu bildirilib.

İsraildə zəlzələ təsiri yaradan hesabatda aşağıdakı ifadələr yer alıb; "İctimai Netanyahunun idarə etmək qabiliyyətinə inamsızlıq müharibədən əvvəlkindən daha da dərinləşdi və genişləndi; Biz onun istefası və yeni seçkilər tələbi ilə böyük etirazların şahidi oluruq”.

Netanyahu siyasi həyatında qazandığı seçkilərin sayı qədər ləqəb qazanıb. Bunlardan biri də məğlubiyyətin qaçılmaz olduğu düşünüləndə belə qələbə qazana bilmə qabiliyyətinə görə ona verilən “sehrbaz” tituludur. Netanyahunun digər bir ləqəbi isə “Cənab Təhlükəsizlik”dir. Ancaq görünür, Netanyahu HƏMAS hücumunun qarşısını ala bilməyərək bu ləqəbi itirib.

Eyni hesabatda İsraildə hakimiyyət dəyişikliyinin gözlənildiyi vurğulanıb və “Fərqli və daha mötədil bir hökumətin mümkün bir ssenari olduğu” ifadə edilib. Hesabatda Qəzzadakı humanitar vəziyyətə görə İsrailin artan beynəlxalq təzyiqlərlə üzləşməsinin gözlənildiyi bildirilib.

Həmçinin vurğulanıb ki, İsrail və İran bir-birinə qarşı hərəkətlərini onun iki ölkə arasında genişmiqyaslı münaqişəyə çevrilməsinin qarşısını alacaq şəkildə tənzimləməyə çalışırlar.

“Biz qiymətləndiririk ki, İran administrasiyası 7 oktyabr hücumunun planlaşdırılmasında iştirak etməyib və hücum barədə əvvəlcədən məlumatı olmayıb”, - deyə məlumatda bildirilir. Xəbərdə İsrailin uzun illər HƏMAS-ın silahlı müqaviməti ilə üzləşəcəyi, İsrail Silahlı Qüvvələrinin HƏMAS-ın fəaliyyət göstərdiyi və İsrail əsgərlərinə zərər verməyə çalışdığı HƏMAS tunellərini məhv etməyə çalışmağa davam edəcəyi bildirilib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »